Icma.az
close
up
RU
Müəllimlər DİM tərəfindən də sertifikasiyaya cəlb olunacaq

Müəllimlər DİM tərəfindən də sertifikasiyaya cəlb olunacaq

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan dili ölkənin əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, təhsil sisteminin də təməl dayağıdır. Bu dilin daşıyıcıları arasında müəllimlərin rolu xüsusilə qeyd edilməlidir, çünki istənilən fənnin tədrisi və elmi biliklərin ötürülməsi ilk növbədə aydın və düzgün dil bacarığı tələb edir. Bir sözlə təhsil verənin Azərbaycan dilini bilmə səviyyəsi onun pedaqoji effektivliyinə birbaşa təsir edir.

Məsələn xarici dil müəlliminin öz ana dilini kifayət qədər bilməməsi, tədrisin keyfiyyətini aşağı salma ehtimalı yüksəkdir. Çünki dilin əsasları zəif olduqda, ikinci bir dili öyrətmək daha da çətinləşir. Eyni şəkildə riyaziyyat, fizika, kimya və digər fənlər üzrə dərs deyən müəllimlər də Azərbaycan dilində fikrini dəqiq və aydın şəkildə ifadə edə bilməlidir. Əks halda, müəllim nə qədər savadlı olsa da, bildiyini qarşı tərəfə ötürməkdə çətinlik yaşayacaq.

Bu səbəbdən Dövlət İmtahanı Mərkəzi (DİM) tərəfindən keçiriləcək olan Azərbaycan dili üzrə ümumi sertifikasiyanın tətbiqində bütün fənn müəllimləri üçün vacib hesab edilir. 

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil sahələri üzrə ekspert Elçin Əfəndi bildirib ki, DİM sədri Məleykə Abbaszadənin də səsləndirdiyi kimi burada Azərbaycan dilindən daha çox istifadə olunan istiqamətlərdə çalışan mütəxəssislərin bilik və bacarıqların yoxlanılması vacibdir. Bu həm dilimizin qorunması, həm də dil daşıyıcıları tərəfindən gələcək nəsillərə müəyyən informasiyaların düzgün çatdırılması baxımından önəmlidir. Bu səbəbdən də müəllim, yazıçı və jurnalistlərin prosesə cəlb olunması gözlənilir. 

“Düzdür Azərbaycan dili üzrə Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən sertifikasiya keçirilir, amma Dövlət İmtahan Mərkəzi tərəfindən də ümumi sertifikasiyaya bütün müəllimlərin cəlb olunmasını bir müddət sonra başlayacağını görəcəyimizi düşünürəm.

Həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Mətbuat Şurasının rəhbəri Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanına yazıçı və jurnalistlərin cəlb olunması və prosesdə iştirakının vacibliyini vurğulayıblar. Bu səbəbdən də ilkin prosesdə sözügedən iki ixtisas sahiblərinin, daha sonra isə fənn müəllimlərinin cəlb olunması gözləniləndir” – deyə E. Əfəndi vurğulayıb.

Onun sözlərinə görə, bütün fənn müəlimlərinin ixtisasları üzrə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanı 2027-ci ildə yekunlaşacaq və bundan sonra bütün fənn müəllimləri DİM-in təşkil etdiyi ümumi dil bacarıqlarını yoxlayan sertifikasiyadan keçəcək. 

“Proses həm nazirlik, həm də DİM-in birgə təşkilatçılığı ilə aparılmalıdır, bundan başqa Azərbaycan dili, riyaziyyat, fizika, musiqi, rus dili və digər müəllimlərin hamısının bu prosesdə aktiv iştirakının vacibliyi də vurğulanmalıdır. Ümid edirəm bu mərhələdə müsabiqə şərtini ödəyə bilməyənlərə qarşı daha ciddi tədbirlər görüləcək. Bilirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında müəllimlərə ikinci şans verilir və yalnız ikinci şansı doğrultmayan müəllimlərin əmək məcəlləsinə xitam verilir. Ümid edirəm, Azərbaycan dili üzrə ümumi biliklərin yoxlanılması məsələsində eyni hal və mahiyyəti daşımaz”.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:329
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri