Icma.az
close
up
RU
Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlər nəyə diqqət etməlidir? Ekspertdən MƏSLƏHƏT

Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlər nəyə diqqət etməlidir? Ekspertdən MƏSLƏHƏT

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Rəsmi qaydada açıqlanmasa da, iddia olunur ki, növbəti il kimya, fizika, biologiya, tarix, coğrafiya, informatika və texnologiya fənn müəllimləri sertifikatlaşdırma prosesindən keçəcək.


Bəs görəsən, həmin fənn müəllimləri daha çox nəyə diqqət etməlidirlər? Bu prosesə necə hazırlaşmalıdırlar?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, sertifikasiya imtahanında sualların səviyyəsi bəsitdir:

"Sertifikatlaşdırılma prosesində iştirak edən müəllimlərin bir çoxu, eləcə də təhsil mütəxəssisləri orada təqdim olunan sualların rahatlığını hər zaman qeyd ediblər. Şəxsən özümüz bir neçə dəfə Elm və Təhsil Nazirliyinin dəvəti ilə müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsini canlı izləmiş və orada müəllimlərin böyük əksəriyyətinin suallarla bağlı məmnunluğunun şahidi olmuşuq. Əvvəlcə ibtidai sinif müəllimləri ilə başlayan bu proses, sonradan Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil və s. müəllimlərini də əhatə etdi. Ümumilikdə isə sertifikatlaşdırmadan kəsilən, yəni minimal 30 balı toplaya bilməyənlərin sayı ümumi iştirakçı nisbəti ilə müqayisədə çox cüzi faiz təşkil edir. Haqlı olaraq sertifikatlaşdırmadan keçə bilməyən və hətta ikinci dəfə bu şansdan yararlanmayanlar misal göstərilə bilər. Amma nəzərə alaq ki, onların hazırlıq göstəriciləri çox zəif, hətta elementar suallara belə cavab verə bilməyəcək qədərində idi.Təhsil İnstitutu bir neçə ay bundan öncə sertifikasiyada müəllimlərə təqdim olunan sualları ictimaiyyətə açıqlayanda hər birimiz sualların böyük əksəriyyətinin necə bəsit olduğunu gördük".

Ekspert qeyd edib ki, müəllimlər imtahana görə narahat olmamalıdır:

"2025-ci ildə keçiriləcək sertifikatlaşdırmada hansı fənlərin proqramda olacağından asılı olmayaraq, müəllimlərin narahatlığının əsassızlığını qeyd etməliyik. Çünki tam təsdiqlənməsə də qeyri-rəsmi bilgilərə əsasən, gələn il kimya, fizika, biologiya, tarix, coğrafiya, informatika və texnologiya fənn müəllimləri sertifikatlaşdırma prosesindən keçəcək. Bu fənləri tədris edən müəllimlər də digərləri kimi sualların asan salınacağından tam əmin ola bilərlər. Çünki 2021-ci ildən start götürən sertifikasiya hələ də özünün ilkin periodunu yaşayır. Bu period bütün fənlər üzrə bütün müəllimlərin sertifikasiyada iştirakı bitəndən sonra 2026-cı ildə tamamlanacaq. Birinci periodda biz heç bir fənn üzrə çətinlik dərəcəsi ağır olan sualları onsuz da görməyəcəyik"

O vurğulayıb ki, müəllimlər ilk növbədə özlərini psixoloji cəhətdən hazır hesab etməlidir:

"Bir çoxlarının texnoloji alətlərlə işləmək və test vərdişlərinə adət etmək bacarığı çox zəifdir. Bu xüsusən də orta və yaşlı nəsil müəllimlərdə nəzərə çarpır. Bu tipli müəllimlər onları qarşıda gözləyən sertifikasiyaya hazırlaşmaq üçün psixoloji cəhətdən özlərini tam ələ almalı, müəyyən məşqlər etməlidirlər. Bu məşqlər onların testlə işləmək vərdişlərinə də müsbət təsir edəcək.İnandırıcı görünməyə bilər, amma həqiqətən də bir çox müəllimlərin imtahanlarda psixoloji hazırlığı çatmır. Orta və yaşlı nəsil testlə iş vərdişləri, kompüter üzərindən imtahanın verilməsi bacarıqlarından müəyyən qədər uzaqdadırlar. ARTİ məhz bu cür müəllimlər üçün sertifikasiyadan əvvəl xüsusi təlim və seminarlar təşkil etməli, onları bu istiqamətlərdə də hazırlamalıdır". 

Firuzə Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:359
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri