Şərur Rayon Mərkəzi Xəstəxanasına bir sıra mühüm tibbi avadanlıqlar təhvil verilib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı kimi bu gün Şərur Rayon Mərkəzi Xəstəxanasına bir sıra mühüm tibbi avadanlıqlar təhvil verilib.
Newscenter.az xəbər verir ki, xəstəxananın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə həyata keçirilən islahatlar çərçivəsində tibb müəssisəsinə 1 ədəd laparoskopik dayaq dəsti, 2 ədəd 12 kanallı EKQ cihazı, 1 ədəd neonatal funksiyalı İVL cihazı, 2 ədəd standart funksiyalı İVL cihazı, 3 ədəd defibrilyator, 2 ədəd çoxfunksiyalı defibrilyator, 38 ədəd standart funksiyalı xəstəbaşı monitoru, 5 ədəd çoxfunksiyalı xəstəbaşı monitoru,1 ədəd tam rəqəmsal, yüksək həssaslığa malik ultrasəs müayinə cihazı (USM) təhvil verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, aidiyyəti qurumların nümayəndələri, xəstəxana kollektivi və kənd icma nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov görülən işlərin rayon əhalisi üçün əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm nəticələr verdiyini qeyd edib.
Səhiyyə naziri Samiq Sadıxov çıxışında bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq reallaşdırılan islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir. Çıxışı zamanı nazir son dövrlərdə səhiyyə sahəsində aparılan yeniliklər barədə məlumat verib, həmçinin yaxın zamanlarda Şərur Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən bəhs edib.

Süleyman
Bu mövzuda digər xəbərlər:Laçın Rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT
07 Dekabr 2024 00:10
Salyan Rayon Mərkəzi Xəstəxanasına yeni BAŞ HƏKİM
11 Aprel 2025 09:58
Sədərək Rayon Mərkəzi Xəstəxanasına baş həkim TƏYİNATI
06 İyun 2025 01:53
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib
13 May 2025 21:58
Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ
05 İyun 2025 14:11
Baxış sayı:83
Bu xəbər 24 Noyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















