Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Şərurda bu il pay torpaqlarında 2152 hektar sahədə yazlıq əkin proqnozlaşdırılıb

Şərurda bu il pay torpaqlarında 2152 hektar sahədə yazlıq əkin proqnozlaşdırılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 19 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Şərur rayonunun torpaq mülkiyyətçiləri ilə görüşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səlahiyyətli nümayəndə Ceyhun Cəlilov muxtar respublikanın ən böyük aqrar rayonu hesab edilən Şərurda kənd təsərrüfatı sahəsində hər il uğurlu göstəricilər qeydə alındığını bildirib. Qeyd olunub ki, kənd əməkçiləri dövlət qayğısı və illər ərzində qazandıqları təcrübə nəticəsində məhsul istehsalında davamlı artıma nail olurlar.

Ceyhun Cəlilov Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, sənəd su ehtiyatlarından daha səmərəli istifadəni, su təsərrüfatı infrastrukturunun yenilənməsini, içməli və suvarma suyu ilə təminatın mərhələli şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.

Vurğulanıb ki, Tədbirlər Planına uyğun olaraq muxtar respublikanın müxtəlif rayon və şəhərlərində, o cümlədən Şərur rayonunda nasos stansiyalarının və hidrotexniki qurğuların yenidən qurulması, suvarma kanallarının əsaslı təmiri və yenilənməsi həyata keçiriləcək. Bu tədbirlər kənd təsərrüfatının prioritet sahə kimi inkişafına, yerli istehsalın artmasına və əhalinin məşğulluğunun genişlənməsinə mühüm töhfə verəcək.

Görüşdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, rayon üzrə ümumilikdə 81 min 518 hektar torpaq sahəsi mövcuddur. Bunun 38 min 33 hektarı dövlət, 30 min 13 hektarı bələdiyyə, 13 min 472 hektarı isə xüsusi mülkiyyətə aiddir. Ümumi torpaq fondunun 15 min 725 hektarı əkinəyararlı torpaqlardır. 2025-ci ilin məhsulu üçün rayonda əkin sahəsi 11 min 143,3 hektar təşkil edib. Bunun 2366 hektarı payızlıq taxıl, 3172,3 hektarı yazlıq əkinlər, 5605 hektarı isə əvvəlki illərdən qalan yem bitkiləridir. Yazlıq əkinlərin 739,85 hektarı qarğıdalı, 589,33 hektarı kartof, 175,39 hektarı soğan, 71,71 hektarı bostan, 649,62 hektarı təzə yonca, 946,4 hektarı isə digər əkinlərdən ibarət olub. Bu göstəricilər rayonun çoxşaxəli bitkiçilik ənənələrinə malik olduğunu göstərir.

Bildirilib ki, 2025-ci ildə 589,33 hektar kartof əkin sahəsindən 17 min 825,8 ton məhsul əldə olunub. Bu isə hər hektar üzrə 302,5 sentner orta məhsuldarlıq deməkdir.

2026-cı il üçün rayon üzrə pay torpaqlarında 2152 hektar yazlıq əkin proqnozlaşdırılıb. Bunun 430 hektarında kartof əkini nəzərdə tutulur. Eyni zamanda, həyətyanı sahələrdə də 200 hektaradək kartof əkilməsi gözlənilir. Beləliklə, cari ildə rayon üzrə kartof əkin sahəsinin ümumilikdə 630 hektarı ötəcəyi proqnozlaşdırılır. Hazırda kartof əkini 258 hektardan çox sahədə aparılıb və proses davam etdirilir.

Qeyd olunub ki, Cəlilkənddə əkin aparılan sahə sahibkar Yaqub Tağıyevə məxsusdur. Sahibkarın mülkiyyətində 3000 ton tutumlu soyuducu anbar, 300 tonluq saxlanc, 2 ədəd “New Holland” markalı traktor və 12 aqreqat mövcuddur. Aqreqatlardan biri olan soğan çeşidləyicisi muxtar respublikada tətbiq edilən ilk belə texnika hesab olunur. Əkin sahələrində istifadə olunan kartof toxumlarının yüksək reproduksiyalı olduğu və rayonda əvvəllər sınaqdan uğurla keçdiyi bildirilib. Toxumlar Türkiyədən gətirilir və bu, hər hektardan 600–700 sentnerədək məhsul əldə olunmasına imkan yaradır.

Torpaq mülkiyyətçisi Yaqub Tağıyev ötən il 55 hektar sahədə kartof, 8 hektarda isə buğda əkdiyini və yüksək məhsuldarlıq əldə etdiyini bildirib. Onun sözlərinə görə, kartof üzrə hər hektardan 600 sentner, buğda üzrə isə 75 sentner məhsul götürülüb. Cari ildə kartof əkin sahəsini 72 hektara çatdırmağı planlaşdıran sahibkar ümumilikdə 100-dən çox vətəndaşı işlə təmin edir.

Digər torpaq mülkiyyətçiləri Hüseyn Cəfərov və Mübariz Şirəliyev də çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamına görə minnətdarlıqlarını bildiriblər. Onlar bu sənədin gələcəkdə Şərur rayonunun aqrar inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını qeyd ediblər.

Mübariz Şirəliyev dövlətin aqrar sahəyə göstərdiyi dəstəyi daim hiss etdiklərini bildirib. O qeyd edib ki, lizinq mexanizmləri vasitəsilə müxtəlif kənd təsərrüfatı texnikaları əldə ediblər və gələcəkdə də bu imkanlardan yararlanmaq niyyətindədirlər. Sahibkar əlavə edib ki, fəaliyyətini genişləndirərək taxıl və yonca toxumlarının yetişdirilməsi istiqamətində sertifikat əldə edib. Hazırda onun təsərrüfatında 25 ailə daimi işlə təmin olunub.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov torpaq mülkiyyətçilərinə yaz əkin mövsümündə uğurlar arzulayıb. Bildirilib ki, görülən hazırlıq işləri bu il də bol və keyfiyyətli məhsulun əldə olunacağına əsas verir.

Müxbir- Nail Əsgərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Mart 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri