Icma.az
close
up
RU
Şərurda Regional Fermer Təlim Mərkəzi fəaliyyətə başlayıb

Şərurda Regional Fermer Təlim Mərkəzi fəaliyyətə başlayıb

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Növbəti günlərdə Naxçıvan şəhəri və Culfa rayonunda Regional Fermer Təlim Mərkəzləri fəaliyyətə başlayacaq.

525.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova Şərur rayonunda Regional Fermer Təlim Mərkəzinin açılışı ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, təlim mərkəzlərinin fermerlərin yerində təlimlərə cəlb edilməsinə şərait yaratmaqla muxtar respublikada təcrübəli və bacarıqlı kənd təsərrüfatı məhsulları istehsalçılarının formalaşmasına mühüm töhvə verəcəyini qeyd edib.

X. Dadaşova bildirib ki, kənd təsərrüfatının inkişafında fermerlər mühüm rol oynayır: “Bu səbəbdən onların bilik və bacarıqlarının artırılması, eləcə də aqrar sektor üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olması xüsusi əhəmiyyət kəsb edir. Bu amil nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər keçirilir, fermerlərin maarifləndirilməsi diqqətdə saxlanılır”.

O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda da fermerlərin aqrar sahədə bilik və təcrübələrinin artırılması əsas hədəflərdən biri kimi müəyyən edilərək Regional Fermer Təlim Mərkəzlərinin yaradılması tapşırığı verilib: “Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparılmış struktur islahatı nəticəsində yaradılan 3 regional mərkəz - Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf mərkəzlərinin inzibati binalarında Regional Fermer Təlim mərkəzləri yaradılıb. Naxçıvan şəhərindəki Təlim Mərkəzi Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan fermerləri, Culfa rayonundakı Təlim Mərkəzi Ordubad və Culfa rayonlarından olan fermerləri, Şərur rayonundakı Təlim Mərkəzi isə Şərur, Kəngərli və Sədərək rayonlarından olan fermerləri əhatə edir”.

Sonra Regional Təlim Mərkəzinə baxış olub, ilk təlim keçirilib.

Məlumat verilib ki, təlim mərkəzi eyni anda 80 fermerin təlim keçməsinə imkan verir. Təlimlər həm əyani, həm də onlayn formada təşkil ediləcək. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edəcək təlimlər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı nazirliklərinin, o cümlədən tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçiriləcək. Təlimlərdə fermerlər nəzəri biliklər əldə etməklə yanaşı, praktiki bacarıqlara yiyələnmək imkanı da əldə edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri