Icma.az
close
up
RU
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı

Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlumata görə, “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun bahalı avtomobillərinə məhkəmə tərəfindən həbs qoyulub.

İddiaya görə, iş adamının 482 min dollarlıq borcu səbəbindən ona məxsus Lamborghini, Lexus LX600, Toyota Hilux və digər lüks avtomobillər siyahıya alınıb. Hazırda məhkəmə prosesi davam etdirilir. Hazırda iş adamının avtomobillərindən istifadə edə bilmədiyi, gediş-gəliş üçün isə taksidən yararlandığı bildirilir. Şərurlu İsfəndiyar avtomobillərinə həbs qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, “Cebheinfo.az”-a açıqlamasında məlumatı təsdiqləyib:

 “Hazırda maşınlardan istifadə edə bilmirik, işimizi də dayandırmışıq. Necə edək? Ali Məhkəmə elə bir qərar verib ki... İşə gedirəm də, getmirəm də. Nə edim, işi saxlamışıq. Narahat olmayın. Birinci və ikinci instansiyada mənim xeyrimə olan qərar heç bir əsas, heç bir qəbz olmadan dəyişdirilib. Yazır ki, guya mənimlə o adamın müqaviləsi var. Halbuki, belə bir müqavilə yoxdur. İkinci isə deyir ki, guya o, mənə 2023-cü ildə pul verib. Bu mümkün deyil. Birinci və ikinci məhkəmə mənim xeyrimə olmuşdu”. 

Həmsöhbətimiz bildirib ki, bu, Emil Səməndərov adlı şəxslə  bağlı məhkəmə deyil: 

“Emil bəy ilə məhkəmənin necə olduğunu bilmirəm. Bu, tamam başqa məsələdir. Bir nəfər var, illər əvvəl müəyyən məbləğdə pul verib, geri alıb. 18 ildən sonra deyir ki, guya pulu almayıb. Məhkəmədə gəlib üzümə durur. İkinci məhkəmədə də uduzub. Ali Məhkəməyə gedəndə isə birdən-birə yazdılar ki, guya müqavilə var, halbuki müqavilə yoxdur. Varsa, gətirsin, bu dəqiqə göstərsin. Zəng etmişəm ki, gətir müqaviləni göstər. 10 il bundan qabaqdan bu adam artıq mənimlə işləmir”. 

Şərurlu İsfəndiyar bildirib ki, qərar həm şirkətinə, həm də dövlət büdcəsinə ciddi zərər vurur: “Burada min nəfərə yaxın adam çalışır. Mən hər il dövlətə bir milyon manata yaxın vergi ödəyirəm, iş adamıyam və s. Bu qərar dövlətə və şirkətə çox böyük ziyan vurur”. 

İş adamı qeyd edib ki, əgər borc real olsaydı, ödəyərdi: “Əgər real borc olsaydı, biz o pulu verə bilərdik. Amma o pulu ondan almadığımıza və şər olduğuna görə adamı yandırır. Yoxsa şirkətin bir və ya iki illik gəliri ilə o pulu o adama yığıb verərdim. Amma o adamlar məndən sonra hamının evini yıxmağa başlayacaq”. 
Əfsanə Rəcəb

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Avqust 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri