Şərurun bir hissəsində işıq olmayacaq
Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Teleqraf.com xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq.
Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Şərurun bir hissəsində işıq olmayacaq
16 Noyabr 2024 11:14

