Sərxoş skuter sürücüsü avtomobilə hücum edib şüşəni sındırdı VİDEO
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sərxoş skuter sürücüsü avtomobilə hücum edib. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində baş verən insident anbaan kameraya düşüb. Belə ki, elektrikli skuterlə hərəkət edən və əlində metal əsa olan sərxoş kişi qəfildən yolun hərəkət hissəsində yerə yıxılıb. Bundan qəzəblənən skuter sürücüsü yaxınlıqdakı minik avtomobilinin sürücüsünə hücum çəkərək yıxılmasında onu təqsirləndirib.
Avtomobil sahibinin hadisə ilə heç bir əlaqəsi olmadığını və günahsızlığını izah etmək cəhdlərinə baxmayaraq hirsini boğa bilməyən xuliqan əlindəki metal əsanı zərblə maşının yan şüşəsinə çırpıb. Nəticədə şüşə sınıb və onun qırıntıları arxa oturacaqda əyləşən qadının üzünə dəyib.Baş nahiyəsindən xəsarət alan qadına ilkin tibbi yardım göstərilib.
Hazırda polis faktla bağlı araşdırma aparır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 İyul 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















