Icma.az
close
up
RU
Səs niyə qalınlaşır?

Səs niyə qalınlaşır?

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümumdünya Səs Günüdür

Hər kəs fərdi səsilə doğulur. Öz səsimiz, ailə üzvlərimizin və tanışlarımızın səsi hər kəsə aid olan fərdi xüsusiyyətlərdən biridir. Hətta insan səsi o qədər özünəməxsusdur ki, görmədiyimiz halda telefona cavab verərkən həmin insanı səsindən tanıya bilirik. Bizə bəxş edilən bu nemətlə ünsiyyət qururuq, sevinc, kədər kimi hisslərimizi və fikirlərimizi ifadə edirik. İnsan səsi müxtəlif tonlarına görə bu günə qədər düzəldilmiş musiqi alətlərindən milyon dəfələrlə üstün quruluşa və funksiyaya malikdir. Musiqi alətləri zaman keçdikcə köhnəlir, xarab olur, qulluğa ehtiyacı olur, ancaq səsimiz xarab olmadan, köhnəlmədən, özü-özünə qulluq edərək ömrümüz boyu bizə xidmət edir.

Bir səsin yaranması zamanı ən az 11 xarakterik nöqtə təsirlidir. Bunlar nəfəs ilə başlayan və içində səs teli, qırtlaq, boğaz, dil, diş, dodaq ünsürləridir. Bu 11 xüsusiyyət səsin yaranmasına təsir edir. Səsin yaranmasında beynin göndərdiyi siqnallar təsirli olduğu üçün insanın daxilindəki vəziyyət, gözlərdən və qulaqlardan gələn siqnallar da effektlidir.

Qadınların səsi niyə incədir?

Maraqlısı budur ki, eyni səs tonuna sahib iki insanın olması mümkünsüzdür. Bəlkə də müəyyən təhsillə bənzər səslərin çıxarılması mümkün ola bilər, ancaq insanlar eyni səs tonuna malik ola bilməzlər. Qadınların səslərinin kişilərlə müqayisədə daha incə bir xüsusiyyətə sahib olmasının səbəbi səs tellərinin quruluşu ilə əlaqəlidir. Qadınlara aid səs tellərinin uzun olması, onların səsinin daha incə olmasına səbəbdir. Kişilərin səs tellərinin qısa olması isə qalın quruluşa sahib olmalarına şərait yaradır.

Səslə bağlı maraqlı faktlar...

BBC-nin Elmi proqramı “The Curious Cases of Rutherford & Fry” insan səsi ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı maraqlı faktlar əldə edilib:

Araşdırmaya görə, körpələr valideynlərinin aksentini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar. Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlaması səsi onların ana dilinin vəznini təkrarlayır. Bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq ölkələrinə müvafiq ayırmaq mümkündür.

Səsin əmələgəlmə prosesi döş qəfəsindən başlayır - nəfəs aldığımız havanı boğazımızdakı səs aparatına göndərdiyiniz zaman səs əmələ gəlir. Səs tellərindən hava axını keçəndə həmin tellər titrəməyə başlayır, nəticədə, cingiltili bir səs yaranır. Bundan sonra çənə, dil və damağın yumşaq hissəsi hərəkətə gəlməklə səs formalaşır.

Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır - çünki kişilərdə boğazın səs telləri həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir. Səs telləri ilə ağız arasında məsafə uzanır və nəticədə kişilərin səsi daha yoğun çıxır.

İnsan yaşa dolduqca, onun əzələləri, səs telləri boşalır, nəticədə, yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışıq səsinə nəfəs səsi də qarışır. Eyni zamanda, uzun cümlələrlə də danışmaq mümkün olmur, çünki, nəfəs çatmır. Yaşlaşanda əzələlər boşaldığından, səs yenidən nazilə bilir.

Araşdırma zamanı insan səsinin bədəndən daha yavaş sürətlə yaşlaşdığı müəyyən edilib.

Səsin gümrah çıxmasını necə təmin etməli?

Yaşa dolduqca bədənimiz kimi, səsimizin də tellərini sağlam saxlamaq üçün vaxtaşırı məşq etdirməliyik. Məsələn, xora yazılmaq ola bilər. Həm səsiniz qaydasında olacaq, həm də əylənəcəksiz, insanlarla ünsiyyətdə olacaqsınız.

Qeyd edək ki, bu gün Ümumdünya Səs Günüdür. Səs gününün qeyd olunması 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb. 2002-ci ildən Amerika Baş və Boyun Cərrahiyyəsi Akademiyasının təşəbbüsü ilə hər il aprelin 16-sı Ümumdünya Səs Günü kimi qeyd olunur. Həmin günün əsas məqsədi ictimaiyyəti səsin insan həyatındakı rolu və əhəmiyyəti, səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdən ibarətdir.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see619

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see370

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see282

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see268

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see228

Tarkan xanımı və qızı ilə

13 İyul 2026 00:46see224

Avtomobili insanların üzərinə sürdü, ölənlər var

13 İyul 2026 03:51see223

İrəvanda silahlı ATIŞMA olub TƏCİLİ

13 İyul 2026 01:23see198

Bakıda ev qiymətinə telefon nömrələri satışa çıxarılır

13 İyul 2026 05:56see193

Baloqunun cəzasını təkbaşına ləğv edib FIFA da qalmaqallı qərar

13 İyul 2026 01:50see187

Yalan danışanlar özlərini bu cümlələrlə ələ verir

13 İyul 2026 05:14see174

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see172

Elektrikli avtomobillərdə 5 dəqiqəyə enerji doldurma dövrü yaxınlaşır

13 İyul 2026 05:31see166

Fənərbaxça dan 45 milyonluq transfer

13 İyul 2026 07:06see161

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see159

Küveytdə 6 ABŞ hərbçisi həlak oldu

12 İyul 2026 22:58see157

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see157

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see150

Daşqında 51 nəfər öldü

12 İyul 2026 23:11see150

SEPAH: İran ABŞ nin Küveytdəki bir neçə hərbi obyektini məhv edib

13 İyul 2026 07:33see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri