Bu halda Avropa iqtisadiyyatı üçün fəsadlar yaranacaq Peskov
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Rusiya qazından imtina etsə, bundan qat-qat baha olan mavi yanacaqdan asılı olacaq.
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Avropanın artıq Rusiya qazına güvənməyəcəyi ilə bağlı bəyanatına cavab olaraq bildirib.
"Avropa özünü daha bahalı enerji mənbələrinə məhkum edir ki, bu da istər-istəməz Avropa iqtisadiyyatı üçün fəsadlar yaradacaq və rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Bu, yalnız son illərdə formalaşan Avropa iqtisadiyyatının aparıcı potensialını itirmə prosesini sürətləndirəcək", - Peskov vurğulayıb.
O, həmçinin qeyd edib ki, avropalılar Rusiyanı strateji məğlubiyyətə uğratmaq vəsvəsələrində çox yanılırlar:
"Avropalılar Ukrayna danışıqları prosesində iştirak etmirlər, çünki onlar Rusiyaya strateji məğlubiyyət vermək fikrində qalmaqdadırlar. Onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər və bu barədə çox yanılırlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 03 Dekabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















