Icma.az
close
up
RU
“Səs” qəzeti tarixə düşmüş qəzetdir

“Səs” qəzeti tarixə düşmüş qəzetdir

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəhruz Quliyev: “Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib

Yanvarın 11-də Azərbaycan mətbuatının tarixində xüsusi yeri olan “Səs” qəzetinin 35 yaşı tamam olur. Ötən 35 ildə qəzet öz fəaliyyətini necə qurub, cəmiyyətdə hansı imici qazanıb? Bu suallara "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə müsahibədə aydınlıq gətirməyə çalışdıq.

- Bəhruz müəllim, Azərbaycanın müstəqilliyini bərpa etməsindən 9 ay öncə fəaliyyətə başlayan “Səs” qəzetinin yaranma zərurəti və keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı olardı...

- "Səs" qəzeti dövlətçiliyimiz üçün çətin sınaqların başladığı bir dövrdə ərsəyə gəldi. O dövrdə respublikada ictimai-siyasi durum olduqca gərgin idi, hakimiyyət uğrunda amansız mübarizələr gedirdi, ölkəmiz Ermənistanın işğal və soyqırım təcavüzünə məruz qalmışdı, yüzminlərlə qaçqın-köçkün öz doğma torpaqlarından didərgin düşmüşdü.

Ölkədə ağır sosial-iqtisadi durum hökm sürürdü. Belə bir çətin dövrdə etiraf edək ki, müstəqil qəzetin fəaliyyətə başlaması böyük cəsarət və risk tələb edirdi. Lakin qəzetin yaradıcıları bu işin altına girdilər. Fəaliyyətə başladığı ilk gündən qəzet konkret ideologiyaya əsaslandı. Sırf ideloji bir qəzet kimi fəaliyyətə başlamağın çətinlikləri isə daha çox idi.

Xatırlayırsınızsa həmin dövrdə hakimiyyətdə olan qaragüruh qüvvələrin siyasi sifarişi əsasında respublikanın bir sıra mətbu orqanlarında ulu öndər Heydər Əliyevə qarşı iftira və qarayaxma kampaniyası aparılırdı.

Həmin dövrdə xalqımız və dövlətçiliyimiz qarşısında öz tarixi məsuliyyətini dərk edən qəzetimizin qurucuları belə bir məsuliyyətli və dövlətçiliyimiz üçün həlledici mərhələdə Heydər Əliyev ideyalarını ictimai rəyə çatdırmaq kimi şərəfli bir missiyanı öz üzərinə götürdülər.

Qəzetimiz həmin dövrdə mövcud olan hakimiyyətə qarşı müxalif mövqedə idi və haqlı olaraq bu mətbu orqanın qurucuları bütün Azərbaycan vətəndaşları kimi xalqımızın gələcək taleyini böyük tarixi şəxsiyyət Heydər Əliyevlə birgə görürdülər.

Xalqın inam və arzusunu çəkinmədən ifadə edərək Heydər Əliyev dühasına üz tutan insanlar, xüsusi ilə cəmiyyətin ziyalı təbəqəsi ağır təqib və təzyiqlərə məruz qalırdılar. Buna baxmayaraq, qəzet çox böyük fədakarlıqla Heydər Əliyev ilə bağlı xalqın arzu və istəyini dilə gətirirdi.

Təsadüfi deyildi ki, 1992-ci ilin oktyabrında ölkə ziyalıları xalqın iradəsini ifadə edərək ümummilli lider Heydər Əliyevə "Səs" qəzeti vasitəsilə müraciət etdilər. Ulu öndərimiz əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı, öz cavab məktubunda Azərbaycan dövlətinin xilas yolunu, müstəqilliyin qorunub-saxlanılması strategiyasını açıqladı. Bizim üçün şərəflidir ki, bu cavab da məhz "Səs" qəzetində dərc olunub.

Məhz buna görə ulu öndər YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs"-i Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: ""Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

- "Səs" qəzeti dövlətin, ölkə başçısının və YAP-ın fəaliyyətinin cəmiyyətə çatdırılmasında önəmli rolu olan bir qəzetdir. Qəzetin siyasi proseslərdə rolunu necə dəyərləndirirsiniz?

- "Səs" qəzeti həmişə Yeni Azərbaycan Partiyasının ideoloji təbliğat vasitəsi olub və təqdirəlayiqdir ki, qəzetimiz cəmiyyətdə məhz bu cür tanınır. Qəzet fəaliyyətə başladığı 1991-ci ildən etibarən daim ulu öndərimiz Heydər Əliyevin ideyalarına və dövlətçilik xəttinə sədaqətlə xidmət edib.

Ulu öndər hakimiyyətə gəldikdən sonra bütün kütləvi informasiya vasitələri kimi "Səs" qəzeti də öz fəaliyyətini normal şəkildə davam etdirib və həm ulu öndərin, həm də YAP-ın fəaliyyəti haqda cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirib. Biz bu gün də bu siyasi kursa, dövlətçilik ideologiyasına sadiqik və daim bu amal uğrunda çalışırıq.

Bundan başqa, qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri də öz səhifələrində işıqlandırır. Eyni zamanda, qəzetimiz dövlətimizin həyata keçirdiyi siyasətin ictimai rəyə təqdim olunması, obyektiv olaraq bu siyasətin xalqa çatdırılmasında fəal iştirak edir. Biz bu sahədə də öz məsuliyyətimizi dərk edərək hesab edirik ki, bu gün Müzəffər Sərkərdə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın regionda mövqelərini daha da möhkəmləndirmiş, respublikamız regionda lider ölkəyə çevrilmişdir. Kütləvi informasiya vasitəsi olaraq bu siyasəti dəstəkləməyi bizdən xalqın Prezidentə olan inam və etibarı tələb edir.

- İndiki dövrdə "Səs" qəzeti öz fəaliyyət prinsiplərini hansı istiqamətlərdə həyata keçirir?

- Biz dövlətçilik və Heydər Əliyevin ideyaları qarşısında daim öz məsuliyyətimizi dərk edirik. Xalqın sosial sifarişini düzgün olaraq qiymətləndirməyə çalışırıq. Bilirik ki, Azərbaycan xalqı həmişə ulu öndərimiz Heydər Əliyevin yanında olmuş və bu gün də onun ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birlikdədir.

Ümumiyyətlə, “Səs” qəzetinin Azərbaycan mətbuatında özünəməxsus yeri var və bu qəzet ölkədə vətəndaş cəmiyyətinin qurulmasına, dövlətçiliyin qorunmasına, milli maraqlarımızın müdafiə edilməsinə öz töhfəsini verib. Biz təkcə YAP-ın və onun liderinin deyil, cəmiyyətin bütün qüvvələrinin sözünü öz qəzetimizdə veririk.

“Səs” qəzeti həmişə dövlətçiliyin, ulu öndərin yaratdığı Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində fəaliyyət göstərib. Gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi və maarifləndirilməsi üçün müxtəlif layihələr həyata keçirmişik.

Müxtəlif ictimai-siyasi mövzularda ölkənin müxtəlif şəhərlərində dəyirmi masalar təşkil olunub, tanınmış ictimai xadimlərinin, deputatların, məmurların, ziyalıların fikirləri cəmiyyətə çatdırılıb.

Bölgələrdə gedən quruculuq işləri və dövlət proqramlarıın icrası ilə bağlı tədbirlər təşkil etmişik və görülən işləri ölkə ictaimiyyətinə çatdırmışıq.

Dövrün tələblərinə uyğun olaraq, “Səs” qəzeti də daim yenilənir, müasir texnologiyalara yiyələnir. Ölkə media məkanında ilk dəfə olaraq biz qəzet səhifəsində küar kod sistemi ilə xəbərləri, reportajları, müsahibələri videoformatda izləmək texnologiyası tətbiq etmişik. Bu da oxucular tərəfindən maraqla qarşılanıb.

Əlamətdar tarixlərdə multimedia diskləri hazırlayıb yaymışıq, xüsusi nömrələr çap etmişik. O cümlədən ulu öndərin, cənab Prezidentin və Azərbaycanın 1-ci xanımının fəaliyyətinə həsr olunmuş multimedia diskləri hazırlamışıq.

Qəzetin bazası əsasında yaradılmış “Səs” İnformasiya Agentliyi fəaliyyət göstərir və qısa zamanda bu agentlik öz maraqlı, obyektiv informasiyaları ilə təkcə ölkə oxucularının deyil, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların mütamadi izlədikləri bir internet resursa çevrilib.

Media Qrupumuza daxil olan “Səs” televiziyası da indiki informasiya və texnologiya dövründə media məkanımızda özünə layiqli yer tutub. Televiziyanın verilişlərini ölkə daxilindən və xarici ölkələrdən xeyli tamaşaçı izləyir. Səs TV gün ərzində bir neçə dəfə canlı yayımla verilən verilişlər, maarifləndirici proqramlar, xəbər süjetləri ilə tamaşaçılarının marağını çəkir.

Yeni çağırışlara uyğun olaraq media qrupumuz sosial şəbəkələrin hamısında fəal şəkildə xəbər yayır, çoxmilyonluq auditoriyalara çıxır. Həm ölkə daxilindən, həm də xaricdən ümumilikdə milyonlarla izləyici xəbərləri bizim sosial şəbəkə kanallarından və səhifələrindən əldə edir.

Məlum olduğu kimi, “Səs” qəzetinın adı elə “səs” sözünü özündə ehtiva edir və bu baxımdan bizim radiomuzun da olması lazımdır. Yaxın gələcəkdə “Səs” radiosunun yaradılmasına nail olacağımıza inanırıq.

“Səs” həm də bir məktəbdir, burada indiyədək yüzlərlə gənc jurnalist yetişdirilib və onların bir çoxu ölkəmizin müxtəlif media orqanlarında, həmçinin xarici media resurslarında işləyirlər.

Ümumilikdə Səs Media Qrupunda 40 nəfərədək əməkdaş çalışır. Ölkənin bütün regionlarında və bəzi xarici ölkələrdə müxbir postlarımız var. Biz ən yeni müasir texnologiyaların tətbiqi, peşəkar iş mühitinin formalaşdırılması ilə ölkəmizin media məkanında özümüzün layiqli yerimizi tutmuşuq. “Səs” Media Grupu həm ideoloji mərkəz kimi, həm də informasiya mərkəzi kimi böyük tarixə malik bir sistem olaraq fəaliyyətini davam etdirir.

- Azərbaycanda dövlət-media münasibətlərini necə qiymətləndirmək olar?

- Ulu öndər dəfələrlə dövlət məmurlarına mətbuata, qəzetlərə güzəştlər etməyin vacib olduğunu bildirib, başqa sahələrdə çalışanlarla yanaşı, jurnalistlərin fəaliyyətini də stimullaşdırmaq məqsədilə dəfələrlə müxtəlif tapşırıq və tövsiyələr verib. Azad sözün inkişafı naminə müxtəlif sərəncamlar imzalayıb və mətbuatın inkişafı üçün münbit şərait yaradıb.

Bunun nəticəsidir ki, neçə-neçə yaşlı jurnalist Prezident təqaüdünə təqdim olunub, qəzetlərin nəşriyyata olan borcları dondurulub, həmkarlarımız təltif olunublar. Ulu öndər Heydər Əliyev mətbuata tolerant yanaşan, azad fikirli, demokrat bir insan idi. Onun siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Cənab Prezident ulu öndərin yolunu davam etdirərək, mətbuatın inkişafı naminə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcunu birdəfəlik ləğv edib və layiqli jurnalistlərə mükafatlar verib. Prezident İlham Əliyev daim mətbuatın inkişafı üçün lazımi addımlar atır, tapşırıqlar və sərəncamlar verir.

Milli mətbuatımızın ildönümləri ilə bağlı cənab Prezidentin sərəncamı ilə mətbuatımızın inkişafında xidmətləri olan bir qrup jurnalistə fəxri adlar və sair mükafatlar verilməsi media mənsublarının əməyinə verilən layiqli qiymətdir.

Bundan başqa, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə jurnalistlər üçün 2 böyük yaşayış binası tikilib və yüzlərlə jurnalist ailəsi mənzillə təmin olunub. Jurnalistlərin sosial müdaifəsi ilə bağlı da xeyli işlər görülüb. Milli Mətbuatımızın 150 illik yubiliyi münasibətilə yüzlərlə jurnalist ölkə başçısı tərəfindən mükafatlandırılıb.

İnkişaf olan yerdə, sözsüz ki, problemlər də var. Lakin, bu gün milli mətbuatımız inkişaf etmiş ölkələrdən, demokratik ənənələri yüz illərlə ölçülən ölkələrin mediasından heç də geri qalmır.

- Maraqlı müsahibəyə görə sağ olun.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri