Icma.az
close
up
RU
Səs yazısı: Baldızım səni şaqqalayacaq Məcburi köçkünlər zəbt etdikləri mənzillərdən niyə çıxarılmır?

Səs yazısı: Baldızım səni şaqqalayacaq Məcburi köçkünlər zəbt etdikləri mənzillərdən niyə çıxarılmır?

Icma.az bildirir, Bakupost portalına istinadən.


İşğaldan azad olunan torpaqlara mərhələli şəkildə məcburi köçkünlərin qayıdışı davam edir. Lakin məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin öz sahiblərinə qaytarılması prosesi problem olaraq qalır.

Bakupost.az xəbər verir ki, Sumqayıtda 35 ildir yaşadığı evi boşaltmaqdan imtina edən məcburi köçkünün ev sahibinə göndərdiyi səsin sosial şəbəkələrdə yayılması bu problemi yenidən gündəmə gətirib.

Qeyd olunan səs yazısında köçkün ailəsinin üzvü ev sahibinə bildirib ki, yalnız pul müqabilində evi tərk edə bilərlər. O, evin satılacağı halda 20 min manat ödənilməsini tələb edib və əlavə edib ki, bu şərtlər yerinə yetirilməsə, onları evdən çıxarmaq mümkün olmayacaq.

“Mən baldızımgillə də danışdım. Biz belə qərara gəldik ki, ya obşitelini baldızımgilə verirsən, bizə də pul, biz çıxırıq. Ya da ikinci məsləhət belədir ki, biz bu evdə qala-qala makleri gətirirsən, evə baxır, evi satırsan. Biz internetdə baxmışıq, bu evin belə təmirsiz 120 min nəğd qiyməti var. Bizim hərəmizə 10 min manat qalmaq şərtilə biz bu evdən gedirik. Əgər bu fikirlərlə razısansa, udacaqsan, sənə 100 min pul qalacaq. Əgər mənim fikirlərimlə razı deyilsənsə, sən uduzdun, çünki bizim arxamızda prezident durub. İcra başçısı da xəbərdarlıq edib ki, biz bu evdən yalnız razılıq olarsa çıxarıq. Yəni sənin bizə gücün çatmaz. Əgər mənim fikirlərimlə razı deyilsinizsə, sənin bu qapıda işin yoxdur. Ev bizimdir, prezident verib, arxamızda da durub. 35 ildir sən məni çıxara bilməmisənsə, heç innən belə də çıxara bilməyəcəksən. Əgər baldızımın üstünə adamla gəlsən, baldızımla qızı səni şaqqalayar. Lap qan tökülsə də biz bu evdən çıxmayacağıq”.

Bəs ev sahibləri və məcburi köçkünlər arasında qayıdış prosesi zamanı ortaya çıxan belə problemlər hansı yollarla həll edilə bilər?

Məsələ ilə bağlı Bakupost.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, belə halların həlli yalnız dövlət orqanlarının müdaxiləsi ilə mümkündür:

“Məhkəmə qərarları olmalıdır və məhkəmə qərarları yerinə yetirilməlidir. Çünki burada ana xətt ondan ibarətdir ki, mülkiyyət hüququ toxunulmazdır. İstər məcburi köçkün üçün, istərsə də istənilən Azərbaycan vətəndaşı üçün. Ona görə də kimin mülkiyyət hüququ pozulursa, pozulmuş hüquqları bərpa edən institut dövlətdir. Əvvəllər buna daha emosional yanaşılırdı, çünki həmin şəxslər bizim soydaşlarımız, vətəndaşlarımızdır. Məcburi köçkün kimi qalmağa yerləri yox idi, problem yaşayırdılar, hamımız bunu anlayışla qarşılayırdıq. İndi Allaha min şükür, işğaldan azad olunmuş bölgələrimiz var və köç kampaniyası davam edir, hər ay biz yeni köç karvanları da görürük. Ona görə də artıq belə qeyri-qanuni tələblərə, mülkiyyətçilərin hüquqlarının pozulmasına cəmiyyətin də, insanların da reaksiyası əvvəlki işğal dönəmindən daha fərqlidir. İndi təbii ki, mülkiyyətçilər öz hüquqlarını daha israrla tələb edirlər və bu da doğrudur, normaldır”.

Ekspertin sözlərinə görə, bu cür qarşıdurmaların vaxtında həll edilməməsi cəmiyyətdə narazılıqların artmasına səbəb ola bilər:

“Ona görə də dövlət orqanları bu sosial problemin böyüməsinə imkan vermədən, qanun çərçivəsində mülkiyyət hüquqlarının bərpası istiqamətində mülkiyyətçilərin hüquqlarını bərpa etməlidirlər. Bunun iki yolu var. Birincisi, məhkəmə qərarı ola bilər. Məhkəmə qərarının yerinə yetirilməsi ilə bağlı orqanlar fəaliyyətə keçə bilər. Və yaxud da icra hakimiyyəti orqanları vətəndaşla məcburi köçkün arasında bir ara bulucu olaraq o problemi həll edib problemlərin böyüməsinə və narazılığın artmasına imkan verməyə bilərlər. Belə bir yanaşma mümkündür. Ona görə də istər-istəməz belə problemlər yaşanırsa, bu artıq dövlət orqanlarının müdaxiləsinin tezləşdirilməsinin xəbərçisidir”.

Mövzu ilə bağlı hüquqşünas Xəyal Bəşirov Bakupost.az -a açıqlamasında bildirib ki, sözügedən şəxslər böyük ehtimalla qanunsuz şəkildə ora yerləşiblər:

“Çünki Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən əvvəl də bütün qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, onların qaçqın şəhərciklərində, Bakı, Sumqayıt və digər rayonlarda evlərlə təmin olunmasını həyata keçirib. Dövlət özü də həmin şəxslərin mərhələli şəkildə qayıdışını təmin etməklə paralel olaraq, onların yerləşdikləri evləri də alıb. Burada söhbət, yəqin ki, Birinci Qarabağ müharibəsindən sonra ayrı-ayrı vətəndaşlarımızın mülkiyyətində olan, sadəcə heç kimin yaşamadığı evlərə qanunsuz olaraq daxil olmuş şəxslərdən gedir. Həmin şəxslər faktiki olaraq Konstitusiyaya zidd şəkildə ayrı-ayrı şəxslərə məxsus evlərə girməklə onların mülkiyyət hüququnu pozublar. O vaxt belə hallar olmuşdu. Dövlət onlara göz yumurdu, çünki qaçqın və məcburi köçkünlər bizim ümummilli problemimiz idi".

Hüquqşünasın sözlərinə görə, artıq bu məsələyə son qoyulub və insanlar mərhələli şəkildə işğaldan azad edilmiş ərazilərə qaytarılırlar:

"İndi kimsə hansısa mülkiyyətçiyə məxsus evdən çıxmırsa, onsuz da dövlət bu problemi həll edəcək. Ev sahibi həmin şəxsin hansı rayona aid olması və aid olduğu rayonda qayıdış proqramının həyata keçirilib-keçirilməməsi ilə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sual ünvanlaya, müraciət edə bilər. Komitədən öyrənə bilər ki, onun evinə qanunsuz olaraq girmiş şəxsin qayıdışı proqramda nəzərdə tutulub, yoxsa yox”.

X. Bəşirov əlavə edib ki, qayıdış prosesi könüllü olduğu üçün bəzi şəxslər geri qayıtmamaq barədə düşünə bilərlər:

“Bu halda ev sahibi dərhal həmin şəxsin ordan məcburi çıxarılması ilə bağlı müraciət edə bilər. Çünki əgər o şəxs könüllü şəkildə getmək istəmir, imtina edirsə və ev sahibinin də hüququnu pozursa, ev sahibi müraciət edib onun məcburi çıxarılmasını təmin edə bilər və dəymiş ziyanın məhkəmədə ödənilməsi məsələsini də qaldıra bilər ki, kompensasiya ödənilsin.Bir neçə şəxs haqqında belə qərar çıxsa, artıq digər şəxslər də bundan sui-istifadə etməyəcəklər. Yox əgər hələ onların köçməsi ilə bağlı proses reallaşmayıbsa, onda ev sahibi gözləməlidir. Yəqin ki, yaxın aylarda və yaxud illərdə növbə onlara da çatacaq”.

Lalə Novruz,

BakuPost



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Avqust 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri