Icma.az
close
up
RU
Səsim tutulub. Nə edim?

Səsim tutulub. Nə edim?

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.


Bu çox yayılmış pozulmadır, xüsusilə soyuq fəsillərdə. Səs telləri iltihablaşır və insanın səsi tam və ya qismən batır.

Bunun səbəbi boğaz və udlaq iltihabı (əsasən laringit), qışqırıq və ya uzunsürən danışıq ola bilər. Bu pozulma tez-tez müəllimlərdə, diktorlarda, aktyorlarda, müğənnilərdə inkişaf edir. Bunun səbəbi səs tellərinin həddindən artıq yüklənməsidir.
Bəzən insanın səsi güclü stress nəticəsində də tutula bilər.
Əgər səsiniz səbəbsiz olaraq, qəfildən tutulub və ya dəyişilibsə, buna ciddi fikir verin. Bu boğazda olan bədxassəli şişin və ya polipin simptomu ola bilər. Dərhal LOR həkiminə müraciət edin.
Səsin tutulması xəstəni çox narahat edir, onun gündəlik həyatına mənfi təsir edir.
Bu vəziyyətdə nə etmək lazımdır ki, səs daha tez bərpa olunsun?
- Həkimlərin ilk tövsiyəsi susmaqdır. Səs tellərinə istirahət vermək lazımdır. Bəzən səsi tutulan insan pıçıltıya keçir. Bunu etmək olmaz! Pıçıltı zamanı səs tellərimiz güclü qışqırıq zamanı olduğu kimi yüklənir və bu da xəstənin vəziyyətini daha da ağırlaşdırır, səsin bərpa olunmasını ləngidir.
- Səsin tutulmasının səbəbi boğaz və ya udlağın iltihabı olarsa, həkimə müraciət edib lazım olan müalicə alın.
- Qəbul etdiyiniz qidalar soyuq və ya çox isti olmamalıdır. Yumşaq, duru qidaları qəbul edin, qidalara ədviyyatları əlavə etməyin.
Xalq təbabətində səs tutulması zamanı müxtəlif vasitələrdən istifadə olunur:
- Axşam yatmazdan əvvəl 1 stəkan isti südə 1 çay qaşığı kərə yağı və 1 çay qaşığı bal əlavə edin, yağ əriyənə qədər yaxşı qarışdırın və için. Bu müalicəvi qarışıq boğaz ağrısını azaldır, boğazı çox yaxşı yumşaldır.  
- Kiçik termosa 2 dənə mixək qoyun və üzərinə 1 stəkan qaynar su tökün. 30 dəqiqədən sonra suyu fincana tökün, soyudun və 1 çay qaşığı bal əlavə edib için. Su ilıq olmalıdır. İsti su boğazı daha da qıcıqlandıracaq.
Bu vasitə də boğazda iltihabı azaldır, boğazı yumşaldır, səsin bərpasına kömək edir.  
- Gündə bir neçə dəfə boğazınızı çobanyastığı, kalendula, adaçayı dəmləməsi ilə qarqara edin. 1 xörək qaşığı quru ot 1 stəkan qaynar suda 15 dəqiqə ərzində dəmlənilir, süzülür və ilıq halda qarqara üçün istifadə olunur.
- Yatmazdan əvvəl boğazınıza az miqdarda kamfora yağı çəkin və isti yun şərflə bağlayın.  
- Enli ləyənə isti su töküb 2-3 damcı evkalipt və ya nanə efir yağını əlavə edin və suyun buxarından nəfəs alın. Su çox isti, qaynar olmamaldır.  
- Yatmazdan əvvəl ayaqlarınıza xardal əlavə olunmuş isti vanna edin və isti yun corab geyinin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri