Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Səslər içində bir yurd

Səslər içində bir yurd

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın qədim diyarı olan, dağların zirvəsində sanki göylərə toxunan, tarixin silinməz sirrini özündə saxlayan Naxçıvan təkcə tarixi və mədəni irsi ilə deyil, həm də özünəməxsus dialekt və şivəsi ilə fərqlənir. Bu dəyərli xəzinə dilçi və dialektoloqların əməyi sayəsində qorunub saxlanılır, kitab və monoqrafiya şəklində gələcək əsrlərə və nəsillərə ötürülür. Belə dəyərli əsərlərdən biri də filologiya elmləri doktoru Nuray Əliyevanın hazırladığı "Naxçıvan şivələri" adlı monoqrafiyadır ki, bu günlərdə həmin monoqrafiyanın ikinci cildi işıq üzü görüb.

"Naxçıvan şivələri (leksika, frazeologiya, leksikoqrafiya)" monoqrafiyası yalnız dilçilər və mütəxəssislər üçün deyil, bütövlükdə cəmiyyət üçün dəyərli bir qaynaqdır. Bu dəyərli əsər həm dilçilər, həm də xalq danışıq dili ilə maraqlanan hər kəs üçün əvəzolunmaz bir mənbəyə çevrilir. Müəllif bu monoqrafiya vasitəsilə, ana dilinin bölgələrdə necə fərqli və zəngin formada yaşadığını göstərməklə, insanların dilə olan marağını artırır və milli kimlik duyğusunu gücləndirir.

Nuray Əliyeva uzun illər boyu Naxçıvan bölgəsini qarış-qarış gəzərək apardığı dialektoloji tədqiqatları ilə cəmiyyətə həm də bu mesajı verir: unudulmaqda olan sözlər, ifadələr, danışıq formaları bizim mədəni sərvətimizdir və onları qorumaq yalnız alimlərin yox, hər birimizin borcudur.

Bu əsər, xüsusilə, gənc nəsil üçün dilə sevgi aşılamaqla yanaşı, Naxçıvan kimi qədim və zəngin bölgənin mənəvi dünyasını daha yaxından tanımaq imkanı yaradır. Eyni zamanda, bu əsər milli irsin qorunması, dilin regional səviyyədə sistemli şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından da strateji əhəmiyyət daşıyır. Belə tədqiqatlar sayəsində xalqın danışıq dili, düşüncə tərzi və söz yaradıcılığı unudulmur, əksinə, sənədləşdirilərək nəsildən-nəsilə ötürülür.

Bu kitabın əsas üstünlüklərindən biri ondadır ki, müəllif ekspedisiya zamanı topladığı orijinal, canlı danışıq nümunələrinə geniş yer verir. Bu dəyərli nümunələr vasitəsilə oxucu naxçıvanlıların danışıq üslubunu, məişət sözlərini və hətta yerli deyimləri daha dərindən dərk edir. Məsələn, "üzdü" sözü "Bıra:n otu da qəşəxdi, heyvanı kökəldir, əti də tamnı olur, pənırı:n də tamı özgə olur, üzdü olur, südü də üzdü olur" (Kəngərli rayon, Çarxanqala).

Monoqrafiyada Naxçıvan şivələri leksika, frazeologiya, leksikoqrafiya istiqamətində araşdırılaraq təhlil edilir. Müəllifin araşdırmaları zamanı müəyyən olur ki, bu bölgəyə məxsus xeyli sayda qədim və orijinal sözlər var ki, artıq onlar günümüzdə ümumi danışıq dilində işlənmir, ancaq yerli sakinlərin yaddaşında yaşayır.

Monoqrafiyada leksik vahidlərin mənşəcə araşdırılır ki, bu da öz aktuallığı və elmi əhəmiyyəti ilə seçilir. Burada Naxçıvan şivələrindəki leksik vahidlərin mənşəcə hansı dillərə aid olduğu, onların formalaşma tarixi, struktur xüsusiyyətləri və funksional məqamları sistemli şəkildə təqdim olunur. Müəllif eyni zamanda hansı sözlərin qədim köklər olduğunu, hansıların zamanla dilə daxil olduğunu aydınlaşdırılır. Bu da dilimizin tarixini anlamağa kömək edir. Çünki bu qədim sözlər artıq ümumi danışıqdan çıxmaq üzrədir və onların qorunması milli mədəniyyətimizin qorunması deməkdir. "Gedəndə qonaxcılarımız bizi elə ağır-əziz eliyəllər elə biləsən bəlkəm Qəndəvərdən gəlmişix" (Babək, Vayxır) və yaxud "Gələn qonağı əğırrəmax dədə-babadan bizim adətimizdi dayna" (Ordubad, Biləv) və s.

Eyni zamanda, neologizmlərin araşdırılması dilimizin canlılığını və zamanla burada baş verən yenilikləri göstərir. Bu sözlər müasir həyat tərzinin tələblərinə uyğun dilimizin inkişaf etdiyini sübut edir. "Dedim: Ay İrza, bə bı yerbelliyə:n pulun da verməx lazımdı axı" (Babək, Şıxmahmud) və s. 

Burada müəllif sadəcə topladığı materialları xalq dili ilə verməklə kifayətlənmir, eyni zamanda bir çox qədim türk dastanlarından, "Qutadqu bilik", "Divanü lüğat-it-türk", "Kitabi-Dədə Qorqud" bu kimi qiymətli əsərlərlə, həmçinin şair, yazıçı və dramaturqların, Cəlil Məmmədquluzadə, Məmməd Araz və başqalarının yaradıcılığı ilə  müqayisəli təqdim etməklə monoqrafiyanın sanbalını daha da artırmışdır.

Əsərin bir hissəsini təşkil edən "Frazeologiya" bölməsi daha çox xalqın düşüncə və yaşam tərzini əks etdirən ifadələrlə zəngindir. "Naxçıvan şivələri" monoqrafiyasında belə ifadələrin işlənmə məqamları, məna çalarları və hansı məişət, mədəniyyət hadisələri ilə bağlı olduğu açıqlanır. Bu isə oxucuya təkcə dili deyil, eyni zamanda bölgənin həyat tərzini də tanımaq imkanı verir. Bu fəsildə daha çox diqqəti çəkən məqamlardan biri də omonim frazeoloji vahidlərin, sinonim frazeoloji vahidlərin və antonim frazeoloji vahidlərin tədqiqata cəlb edilməsidir. Burada çox maraqlı dil faktlarına rast gəlirik ki, bu nümunələrin hər biri çox dəyərli və qiymətlidir. Məsələn,  Ələ almaq - 1. Öz təsiri altına salmaq: 2. Nəyi isə əlinə götürmək (omonim); "Bəyənmək" sözünün sinonimləri: xoşuna gəlmək, gözü tüşməx, quşu qonmaq, ağzı əyilməx, ağzının suyu axmaq, ağlı getmək, ürəyinə yatmax və s.

Əsərin başqa bir vacib tərəfi isə leksikoqrafik yanaşmadır. Müəllif burada nəşr olunmuş lüğətlər haqqında məlumat verərək, tədqiqatın xarakterini gücləndirir və gələcək araşdırmalar üçün möhkəm baza yaradır.

Yalnız dilə dair məlumat toplusu olmayan, eyni zamanda dilimizin müxtəlifliyini və zənginliyini ortaya çıxaran, onun tarixi və müasir inkişafına işıq salan "Naxçıvan şivələri" monoqrafiyası cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Çünki unudulmaqda olan sözlərin, ifadələrin, deyimlərin qorunması üçün atılmış bir addımdır.

Gənc nəslin dilə, onun tarixinə və bölgə xüsusiyyətlərinə olan marağını artıran bu monoqrafiya, dilimizi sevən, öyrənmək istəyən və onu gələcək nəsillərə ötürməyi vacib sayan hər kəs üçün maraqlı və faydalı ola bilər.

Çinarə RZAYEVA

AMEA Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:408
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri