Icma.az
close
up
RU
Səssiz gələn təhlükə Bu qaydalara əməl etməyənləri dəm qazı öldürə bilər

Səssiz gələn təhlükə Bu qaydalara əməl etməyənləri dəm qazı öldürə bilər

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir neçə gündür ki, Azərbaycanda dəm qazından zəhərlənmələr və bundan dolayı ölüm hadisələri barədə informasiyalar oxuyuruq. Dəm qazı təhlükəsi hər zaman diqqət tələb edən bir məsələdir. Qaz cihazlarının düzgün istismar edilməməsi ciddi fəsadlara, hətta ölümlə nəticələnən bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən qaz məsələsində təhlükəsizlik tədbirlərinə diqqət yetirmək vacibdir. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirdi ki, qaz cihazlarının quraşdırılması və texniki baxışı yalnız ixtisaslaşmış şəxslər tərəfindən həyata keçirilməlidir.

"Qaz cihazı quraşdırılan otaqların havalandırma sistemi normativ tələblərə uyğun olmalıdır. Otaqda kifayət qədər hava olmadığı halda, yanma prosesi pozula bilər ki, bu da dəm qazının yaranmasına səbəb olur. Tüstü bacalarının işlək vəziyyətdə olması əsas şərtlərdəndir. İllərlə təmizlənməyən və ya çatışmazlıqları olan bacalar təhlükə mənbəyidir. Hər il azı iki dəfə tüstü bacalarının təmizlənməsi tövsiyə edilir. Otağın sahəsi də qaz cihazlarının təhlükəsiz istifadəsi üçün əhəmiyyətlidir. Məsələn, iki gözlü qaz sobası üçün otağın minimum sahəsi 8 kvadratmetr, üç gözlü üçün 12 kvadratmetr, dörd gözlü üçün isə 15 kvadratmetr olmalıdır. Əgər əlavə su qızdırıcı quraşdırılırsa, otağın sahəsi 20 kvadratmetrdən az olmamalıdır. Təhlükəsizliyin təminatı üçün qaz cihazı olan yerlərdə mütləq dəm qazı və qaz sızması əleyhinə dedektorlar quraşdırılmalıdır. Bu cihazlar qaz sızması və ya dəm qazı yaranan anda siqnal vasitəsilə təhlükə barədə xəbərdarlıq edir və qəza riskini minimuma endirir".

Ekspertin sözlərinə görə, hamam otaqlarında qaz cihazlarının quraşdırılması tövsiyə edilmir. Əks halda havalandırma sistemi və dedektorlar mütləq olmalıdır.

"Tüstü bacalarının tutulub-tutulmadığını yoxlamaq üçün yanılı parça və ya kağızı həmin hissəyə tutmaq olar. Tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir. Yaxşı olar ki, bunu ixtisaslaşmış müəssisəyə həvalə etsinlər. Bağlı yerlərdə mütləq tüstü bacası, havalandırma, ventilyasiya və ya dəm qazı əleyhinə dedektor olmalıdır. Bütün bu tədbirlər dəm qazından qorunmağın əsasını təşkil edir və insan həyatının təhlükəsizliyini təmin edir", - deyə Nurəliyev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri