Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Səssiz qəhrəmanlıq: Cəlil müəllimin ömür hekayəsi

Səssiz qəhrəmanlıq: Cəlil müəllimin ömür hekayəsi

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

İrəvanlılar... Mənim üçün bu ad təkcə bir coğrafi mənsubiyyət deyil. Bu adın içində itirilmiş evlərin qoxusu, köç zamanı susub dözən qadınların baxışları, bir də özün tanıyandan millətə xidmət edən insanların izləri var. Onlar səs-küy salmadan gəlir, səssizcə yaşayır, öz işlərini görür və bir gün arxalarında silinməyən iz buraxaraq bu dünyadan köçürlər. Elə Cəlil müəllim kimi...

Bu fikirlər İrəvan şəhər İcmasının sədri, professor Fəridə Səfiyevanın “Səssiz qəhrəmanlıq: Cəlil müəllimin ömür hekayəsi” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Cəlil Tarıversiyev... Onu ilk dəfə görəndə elə bildim illərdir tanıyıram. Baxışlarında o doğma tanışlıq, o dərin məğrurluq vardı – doğma torpaqdan qopub gəlmiş, amma ruhunda o torpağın hər daşını, hər kölgəsini daşıyan bir İrəvanlının baxışları. Oturuşu, danışığı, söhbət zamanı əlini masanın kənarına toxundurması – bunların hamısı nəsə unudulmuş, amma qayıtmağa can atan bir yaddaş oyadırdı.

Cəlil müəllim danışanda insanın diqqəti səsinə yox, dediklərinin arxasında dayanan şəxsiyyətə yönəlirdi. Hər sözü, hər xatirəsi bir daş kimi yerini tapırdı. O, İrəvan ailəsindən olduğunu tez-tez dilə gətirməzdi, amma onunla bir az ünsiyyətdə olan hər kəs anlayardı: bu adam bir şəhərin – köçürülmüş, susdurulmuş, amma heç vaxt unudulmamış bir şəhərin övladıdır.

Ailə tarixindən, babasından, əmisi oğlanlarından danışarkən, göz önündə İrəvanın daş döşəməli küçələri, yastı damlı evləri, Azərbaycan türkcəsində danışan insanları canlanardı. Onun üçün bu xatirələr tarix kitabından kəsilmiş parçalar deyildi – canlı, nəfəs alan, səssiz danışan ruhlardı.

Peşəkar həyatında o, sadəcə mühəndis deyildi – o, quran və yaradan insan idi. 1972-ci ildə rəhbərlik etdiyi zavoddan çıxan dəmir-beton plitələr Gülüstan sarayının, Əl oyunları sarayının tavanlarına çevrildi. Həmin illərdə memarlıq üslubu ilə xalqın ruhu birləşirdi. Cəlil müəllim isə bu birliyin səssiz qəhrəmanlarından biri idi – adını lövhələrə yazdırmayan, amma hər daşın altında izi qalan insanlardan...

Cəlil müəllimin ictimai fəaliyyəti də zəngin idi. Xətai rayonundan iki dəfə deputat seçilmiş, Kənd Təsərrüfatı Komitəsində sədr müavini vəzifəsində çalışmışdı. 1989-cu ildə “Azərittifaq”da sədr müavini olarkən Qarabağa ezam edilmiş, o zaman münaqişənin yenicə alovlandığı günlərdə müdafiə istehkamlarının, səngərlərin tikintisinə rəhbərlik etmişdi. Birinci Qarabağ müharibəsinin veteranı idi.

Amma Cəlil müəllimin həyatında ən dəyərli səhifə ailəsi idi. Həyat yoldaşı Rəna xanım İbrahimbəyova təkcə Azərbaycanın tanınmış alim və ziyalısı deyil, həm də böyük İbrahimbəyovlar nəslinin ləyaqətli davamçısıdır. Eksperimental psixologiya elminin banisi Fuad İbrahimbəyovun qızıdır. Rəna xanımın əmisi oğlanları ədəbiyyat və kino sahəsinin görkəmli simaları – Rüstəm və Maqsud İbrahimbəyovlardır.

Bakı Dövlət Universitetində Rəna xanımın tələbəsi olmaq xoşbəxtliyi mənə nəsib olub. Onun zərif duruşu, nitqindəki kübarlıq əsil ziyalılığın simvolu idi. O, təkcə elmi bilik vermirdi – insan ruhuna işıq saçırdı..

Cəlil müəllimlə Rəna xanım birlikdə bir iş də qurmuşdular – kəlağayı. Bu söz bir dövrün, bir estetik düşüncənin, bir mədəniyyətin adı idi. Onlar bu qədim sənəti müasir dövrə daşıdılar. Əsl ipəkdən, əsl naxışla hazırlanmış kəlağayılar təkcə baş örtüyü deyil, bir kimlik bəyanı, mədəniyyət çağırışıdır. Bu işi onlar bir biznes kimi yox, bir missiya kimi qəbul etdilər. Bu missiyanı sevgi ilə, səbrlə, zövqlə həyata keçirdilər.

Cəlil müəllimin bir arzusu vardı – qədim İrəvan kəlağayısının naxışını tapıb onu yenidən millətə qaytarmaq. Dəfələrlə deyərdi: “Gərək o ornamenti tapıb yaşadaq. O naxış itibsə, İrəvanın bir nəfəsi də onunla itib...”

Biz çox adamlarla danışdıq, çox qapılar döydük – hələ ki, o naxış tapılmayıb. Amma mən inanıram – nə vaxtsa bir nənənin sandığından, bir xatirə qutusundan çıxacaq. O zaman Cəlil müəllimin ruhu rahatlıq tapacaq.

Cəlil müəllimin və Rəna xanımın mənə hədiyyə etdiyi bir kəlağayı var – ipək kimi yumşaq, xatirə kimi dərin. Hər dəfə onu taxanda mən yalnız bir zinət əşyasını yox, bir ömrün niyyətini, sevgisini, səssiz qəhrəmanlığını başıma salıram. O kəlağayının içində Cəlil müəllimin baxışı, səsi, sükutla danışan hekayəsi var.

Bu gün Cəlil müəllim haqq dünyasına qovuşub. Amma onun əlləri ilə yaratdığı işlər yaşayır. Sarayın tavanında, kəlağayının naxışında, Rəna xanımın davam etdirdiyi yolda yaşayır. Cəlil müəllim və Rəna xanım – bu adları düşünəndə ağlıma bircə cümlə gəlir: Səssizcə sevən, səbrlə yaradan, sayğı ilə yaşayan insanlar...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see318

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see227

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see217

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see211

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see208

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see203

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see202

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see202

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see201

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see201

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see199

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see199

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see197

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see196

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see193

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see193

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see193

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see172

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see170

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri