Icma.az
close
up
RU
Yeniyetmələri depressiv vəziyyətə salan səbəblər

Yeniyetmələri depressiv vəziyyətə salan səbəblər

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Depressiya əlamətləri və depressiyaya düşmə səbəbləri yeniyetmələrin psixologiyası, ailə vəziyyəti, hətta genetikası kimi faktorlardan asılı olaraq dəyişir. "Ailə üzvləri və ya doğmalardan birinin itkisi, ailədaxili münaqişələr, habelə digər ciddi problemlərin mövcudluğu zamanı əksər yeniyetmələrdə depressiya halı müşahidə olunur. Depressiyanın çox mürəkkəb bir xəstəlik olduğunu nəzərə alsaq, onu aşkar etməyin heç də asan olmadığını söyləmək olar". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Onun dediyinə görə, ictimai yerlərdən uzaqlaşmaq, ünsiyyətdən qaçmaq istəyi, günün əksər hissəsində əhvali-ruhiyyənin yaxşı olmaması və ya ovqatın ani şəkildə dəyişməsi depressiyanın ən diqqətə çarpan əlamətidir: "Əksər yeniyetmələrdə qısa müddətdə həmin hal müşahidə oluna bilər, yəni uzunmüddətli xarakter daşımadığı üçün həmin əlamətlərə sahib olan yeniyetmənin depressiv olduğunu düşünmək yanlışdır. Bəzi hallarda isə səbəbi aydın olmayan baş və mədə ağrıları yarana bilər. Valideynlərin ən çox yol verdiyi səhvlər həmin ağrıların səbəbini yalnız orqanizmdə baş verən fiziki proseslərdə axtarmaqdır, xəstəliyin psixologiya ilə əlaqədar ola biləcəyi isə əksər hallarda arxa plana keçir. Ən çox rast gəlinən hallar aşırı dərəcədə yuxululuq və səthi yuxulardır. Səthi yuxular deyəndə tez-tez yuxudan ayılmaq və dərin yuxuya gedə bilməmək nəzərdə tutulur. Bəzi hallarda isə yuxu pozulması probleminə yeniyetmələr özləri səbəb olur. Müəyyən vaxt ərzində gündəlik yuxunun müddətini minimuma qədər azaltmaq, qısa müddətdə heç bir ziyan göstərməsə də, bunun uzun müddət təkrarlanması əsəbilik, gün ərzində yorğunluq, beynin normal işləməməsi kimi nəticələrə və ən nəhayət, depressiyaya səbəb olur. Qarşısını almaq üçün gecə yuxusunu 5-7 saata qədər artırmaq çox vacib məsələdir. Valideynlərin uşaqları ətraf mühitdə qorumaq və onlara parlaq gələcək təmin etmək istəkləri bəzi hallarda ekstremal hal yaradır. Gənclik dövrünə yaxınlaşan yeniyetmələrin azadlığa can atması, ailələrin isə bu arzuları məhdudlaşdırmaq istəməsi əksər hallarda ciddi problemlərə səbəb olur. Həmin vəziyyət yeniyetmələrin ali məktəblərə qəbul imtahanına hazırlaşdığı dövrdə daha çox müşahidə olunur. Əlbəttə, valideynlərin övladlarını oxutmaq arzusu olduqca normal haldır, lakin həmin istəyin aşırı dərəcədə olması yeniyetmənin səhv etməkdən qorxmasına, etdiyi səhvləri ailədən gizlətməsinə və nəhayət, valideynlə övlad arasında əlaqə və münasibətlərin qırılmasına səbəb olur".
Psixoloq Yeganə Əsgərova daha sonra qeyd edib ki, iştahanın pozulması, yemək seçimində çətinlik, yeməklərdən əvvəlki dadı ala bilməmək depressiyanın ən nəzərəçarpan əlamətlərindəndir: "Gündəlik fəaliyyətə, dostlarla ünsiyyətə, bir sözlə, hər şeyə marağın itməsi intihara təşəbbüs göstərməyə aparıb çıxara bilər. İntihara təşəbbüs edən hər yeniyetmənin depressiyada olduğunu düşünmək olduqca yanlışdır, çünki həmin yaş dövründə uşaqların ailədə diqqəti öz üzərinə toplamaq istəyi, özünü film qəhrəmanlarına bənzətməyə çalışmasının da intihara aparıb çıxarması mümkündür. Həmin halların qarşısını almaq üçün övladla dost olmağa çalışmaq, uşağı çox sıxmaqla tamamilə boş buraxmaq arasındakı incə cizgini tapa bilmək, onu musiqiyə və idmana yönləndirmək ən yaxşı yoldur. Valideynin öhdəsindən gəlmədiyi psixoloji problemlər yarandıqda psixoloqa müraciət etmək lazımdır".
Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri