Icma.az
close
up
RU
Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru Elçin Orucovun evindən Rolex saat, antik Təbriz xalçası......

Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru Elçin Orucovun evindən Rolex saat, antik Təbriz xalçası......

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda Əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq və qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq edən mühafizəçiyə hökm oxunub.

Hurriyyet.az Qaynarinfo.az-a istinadən məlumat verir ki, 1988-ci ildə Cəlilabad rayonu Əççələr kəndində anadan olmuş Üzeyir Kərimov Cinayət Məcəlləsinin 177.3.2 və 183.1-ci maddələri ilə təqsirləndirilib və 8 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəmədə məlum olub ki, Üzeyir Kərimov Əməkdar mədəniyyət işçisinin yaşadığı binada mühafizəçi vəzifəsində işləyib. Təqsirləndirilən şəxs işlədiyi dönəmdə Elçin Orucovun etimadını qazanaraq, onun evinin qarajından 200 min manatdan artıq əşyaları oğurlayıb.

Üzeyir Kərimov ilk oğurluqda zərərçəkmişin mülkiyyətində olan ümumi dəyəri 5800 manat dəyərində ayaqqabıları, 4 fotoaparatı, kişi üçün nəzərdə tutulmuş qış kürkünü və 400 manat dəyərində qab-qacaq dəstini, xəz şubanı aparıb. Bundan sonra təqsirləndirilən şəxs yay ayında Elçin Orucovun bağ evinə köçməsindən istifadə edərək, ümumi dəyəri 196.000 manatlıq əşyaları oğurlayıb. Onun oğurladığı əşyalar arasında bir ədədi 2000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XIX əsrə aid olan “Molniya” markalı cib saatı,

bir ədəd qızılı rəngli üzərində qədimi naxışlar olan 750 manat dəyərində qab, üzərində “Azerbaijan Carpet” yazısı olan göy rəngli bir ədəd çantanın içərisində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən Cənubi Azərbaycan Təbriz xalçaçılıq məktəbinə aid 165×110 ölçüsündə və XX əsrin sonlarına (1990-2000-ci illərə) aid olan qarışıq ipək saplarla toxunmuş bir ədəd böyük və iki ədəd kiçik ölçülü ümumilikdə 5000 manat dəyərində xalçaları,2 ədəd hər biri 2000 manat dəyərində olmaqla cəmi 4000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid olan şamdanlar, 2 ədəd hər biri 3000 manat dəyərində cəmi 6000 manat dəyərində xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən və XX əsrin birinci yarısına aid şüşə materialından tutacaqlı və qapaqlı qrafinlər, 2 ədəd 1000 manat dəyərində gümüş çaxır badələri, bir ədəd 500 manat dəyərində suvenir xəncər, habelə zərərçəkmişin mənzilindən bir ədəd qara rəngli 21000 manat dəyərində xəz gödəkcə, bir ədəd qara rəngli 13000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, bir ədəd qara rəngli 7000 manat dəyərində

“Francesco Scognaniglio” markalı xəz gödəkcə, 8 ədəd brend markalı ümumi dəyəri 10000 manat təşkil edən qadın ətirləri, bir ədəd içərisindəki sənədin üzərində “Orucova” soyadı qeyd olunmuş original “Rolex” saatı, 3 ədəd brend markalı ümumi dəyəri 10000 manat olan qadın ziyafət donları və digər qiymətləri əşyaları oğurlayıMəhkəmədə Üzeyir Kərimov ona elan olunmuş ittiham üzrə ifadəsində Elçin Orucovun evinə girməyini və oradan bəzi əşyaları oğurladığını təsdiq edib. Məhkəmədə verilən suallara cavab olaraq bildirib ki, Elçin Orucovun evinə 3-4 dəfə girib. Evin açarını qarajdan açar qabından götürüb. Qarajın pultu isə daima onda olub. Oğurlanan xalçanın və bakalın tarixi əhəmiyyətli olmasını bilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri