Icma.az
close
up
RU
“Səttar Bəhlulzadə təbiətin ecazkar nağılı” adlı sərgi açılıb Doğru Xəbərlər

“Səttar Bəhlulzadə təbiətin ecazkar nağılı” adlı sərgi açılıb Doğru Xəbərlər

Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Görkəmli sənətkarın Milli İncəsənət Muzeyi tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir

Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115, vəfatının 50 illiyidir.

Mədəniyyət Nazirliyindən Doğru.az-a bildirilib ki, bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb.

Sərginin açılış mərasimində ADA Universitetinin rektoru professor Hafiz Paşayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və tanınmış incəsənət xadimləri iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, tarixçi-alim Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən danışıblar.

Qeyd olunub ki, hələ sağlığında adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm edib və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirib. Rəssamın tablolarının koloritində hansısa aparıcı rəng üstünlük təşkil edir və onun köməyi ilə çox zaman əsərin aid olduğu konkret yaradıcılıq mərhələsini təyin etmək mümkündür. Sərginin ekspozisiyasında yer alan əsərlər də məhz bu prinsip əsasında təqdim olunur.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sənət yolunun başlanğıcını təcəssüm edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan təbiət təsvirləri, əbədi gənclik, mənəvi hüzur, təbiət gözəlliklərinə məhəbbətlə əlaqələndirilən yaşıl zalda isə Azərbaycan mənzərələrinin ayrı-ayrı cizgiləri, qrafik rəsmləri yer alıb.

Qırmızı zalda sənətə böyük məhəbbətlə bağlanan rəssamın öz dəst-xətini formalaşdıraraq milli mənzərə rəngkarlığında yeni səhifə açdığı dövr əks olunub. Sarı zal isə odlar yurdu Azərbaycanın valehedici mənzərələrini təcəssüm etdirərək həm də rəssamın sakral dünyasının ifadəçisidir.

Yaradıcılığının kulminasiya nöqtəsini həyatı boyu yaşatdığı mənəvi paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz zal isə xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə, tərənnüm etməkdən usanmadığı Abşerona əbədi sevgisinin izharıdır.

Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri animasiya formasında da təqdim olunur. Bununla yanaşı, sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqment göstərilir.

Sərgi 2025-ci il yanvarın 31-dək davam edəcək.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://dogru.az
archiveBu xəbər 08 Noyabr 2024 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri