Səudiyyə Ərəbistanı İranın “sabitliyi pozan davranışını” ən sərt şəkildə qınadığını bildirib
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Səudiyyə Ərəbistanı İranın Hörmüz boğazında qonşu ölkələrə və ticarət gəmilərinə qarşı həyata keçirdiyi yeni hücumları qətiyyətlə pisləyib.
Yeniavaz.com “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlamasında Tehranın addımlarını regionun təhlükəsizliyi və sabitliyinə təhdid kimi qiymətləndirib.
Riyad İranın “sabitliyi pozan davranışını” ən sərt şəkildə qınadığını bildirib. Nazirlik qeyd edib ki, bu cür hücumlar beynəlxalq hüququn, BMT Nizamnaməsinin, İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin və mehriban qonşuluq prinsiplərinin pozulmasıdır.
Səudiyyə Ərəbistanı xüsusilə ticarət gəmilərinə qarşı hücumlara diqqət çəkərək, bu addımların Hörmüz boğazında dəniz təhlükəsizliyini və naviqasiya azadlığını təhlükə altına aldığını vurğulayıb.
Açıqlamada, həmçinin Bəhreyn, İordaniya, Küveyt, Oman, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə qarşı yönəlmiş hücumlar pislənilib. Riyad qonşu dövlətlərin suverenliyinin pozulmasını qəbul etmədiyini açıqlayıb.
Bəyanat İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmisinə hücum etdiyi iddialarından və ABŞ-nin İran ərazisinə endirdiyi yeni zərbələrdən sonra İranın ABŞ hədəflərinə, eləcə də Vaşinqtonun regiondakı müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə cavab hücumları həyata keçirməsi fonunda verilib.
Bu mövzuda digər xəbərlər:Səudiyyə Ərəbistanı İranı sərt şəkildə qınadı
28 Fevral 2026 15:11
Səudiyyə Ərəbistanı: “İranın Azərbaycana hücumu düşmənçilikdir”
05 Mart 2026 19:29
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
05 Mart 2026 14:54
Səudiyyə Ərəbistanı İranın 18 dronunu məhv etdi
07 Aprel 2026 11:05
Səudiyyə Ərəbistanı İranın Körfəz ölkələrinə hücumlarını sərt şəkildə qınayıb: Bu, ağır nəticələrə səbəb ola bilər
28 Fevral 2026 14:45
Baxış sayı:154
Bu xəbər 12 İyul 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















