Səudiyyə Ərəbistanı Rusiya ilə ticarət dövriyyəsini artıracaq
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanı Rusiya ilə ticarəti artırmaq və investisiya əməkdaşlığını stimullaşdırmaq niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər əl-Xureyf deyib.
Nazir əmin olduğunu bildirib ki, əməkdaşlıq üçün əhəmiyyətli imkanlar var:
"Bu gün ölkələrimiz arasında ticarət həcminə baxdıqda, bu, nisbətən kiçikdir - 4 milyard dollardan bir qədər çoxdur. Bu, Səudiyyə Ərəbistanı və Rusiya iqtisadiyyatlarının miqyasını heç də əks etdirmir. Buna görə də, hazırda bizim vəzifəmiz ticarəti artıracaq, investisiyaları stimullaşdıracaq və iki ölkənin özəl sektorlarını bir-birinə yaxınlaşdıracaq əməkdaşlıq sahələrini müəyyən etməkdir".
Səudiyyəli nazir, "Əminəm ki, Rusiya şirkətləri ilə işləmək yaxşı nəticələr verəcək", - deyə vurğulayıb.
Arzu
Bu mövzuda digər xəbərlər:Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələri genişlənir
09 İyun 2026 12:26
Səudiyyə Ərəbistanı ABŞ la ticarət dövriyyəsini 600 milyard dollar artırmağı planlaşdırır AZƏRTAC
23 Yanvar 2025 12:40
Səudiyyə Ərəbistanı klubuna keçəcək
25 Mart 2025 11:22
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi
15 May 2025 17:45
Fernandeş Səudiyyə Ərəbistanı yolunda
11 May 2025 15:51
Baxış sayı:157
Bu xəbər 08 İyun 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















