Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan bölgəsində neft emalı zavoduna edilən hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Bakıvaxtı.az "Al-Hadath"a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, obyekt "düşmən hava mərmisi"nin zərbəsinə məruz qalıb. Nəticədə yanğın baş verib. İstehsal güclərinin bir hissəsinin fəaliyyəti dayandırılıb.
İlkin məlumata görə, həlak olan şəxs Nepal vətəndaşıdır. Müxtəlif ölkələrin vətəndaşları olan zərərçəkənlərə tibbi yardım göstərilir.
Hadisə yerində qəza və texniki xidmətlər çalışır. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi və müəssisə obyektlərinin təhlükəsizliyinin yoxlanılması aparılır.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi hücumun arxasında kimin dayandığını dəqiqləşdirməyib, lakin daha əvvəl ölkənin rəhbərlik etdiyi koalisiya zərbəyə görə məsuliyyətin "Ənsar Allah" silahlı qruplaşmasında olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 26 Noyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















