Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanında qadın idman telekanalı yayıma başlayacaq

Səudiyyə Ərəbistanında qadın idman telekanalı yayıma başlayacaq

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Qadın İdman Şəbəkəsi (AWSN) cümə günü Səudiyyə Ərəbistanında ölkənin futbol federasiyası və milli yayım qurumu - Səudiyyə İdman Şirkəti ilə birgə qadın idman telekanalı açacaq.

AZƏRTAC xəbər verir ki, “Oskar” mükafatı laureatı olan aktrisa və komediya ustası Vupi Qoldberqin həmtəsisçisi olduğu AWSN sırf qadın idmanına həsr olunmuş ilk qlobal media kanalı qismində ötən ilin sonunda fəaliyyətə başlayıb.

AWSN sözçüsü cümə axşamı “Reuters” agentliyinə bildirib ki, 24 saatlıq yayım kanalı olan "SSC AWSN" cümə günündən etibarən “MBC Shahid” axın platforması vasitəsilə Krallıqda fəaliyyətə başlayacaq.

Telekanalın start yayımı ilk dəfə milli və beynəlxalq səviyyədə yayımlanacaq Səudiyyə Ərəbistanı Qadınlar Premyer-Liqası mövsümünün başlamasına təsadüf edir.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri şahzadə Rima Bəndər Əl Səud keçən mövsüm liqada 20-dən çox millətdən olan oyunçunun iştirak etdiyini qeyd edərək deyib: “2022-ci ildə yaradıldığı gündən bəri Qadınlar Premyer-Liqasının əldə etdiyi irəliləyişdən hədsiz qürur duyuram. Bu tərəfdaşlıq qadın idmançıların xaricdəki pərəstişkarlarına oyunları canlı izləməyə imkan verəcək”.

Səudiyyə Futbol Federasiyasında qadın futbolunun rəhbəri Aaliyah Əl Raşid yayımların oyunçulara qlobal miqyasda tanınma gətirəcəyini bildirib.

AWSN bəyan edib ki, yeni telekanal hər həftə Səudiyyə Ərəbistanı qadınlar Premyer-Liqası matçlarını nümayiş etdirəcək, həmçinin UEFA tədbirləri də daxil olmaqla beynəlxalq qadın yarışlarını, eləcə də müxtəlif ölkələrin qadın liqalarının tədbirlərini yayımlayacaq.

Səudiyyə Ərəbistanı iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və özəl sektoru inkişaf etdirmək məqsədi daşıyan “Vision 2030” proqramının bir hissəsi olaraq ölkəyə daha çox xarici investisiya cəlb etməyə çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri