Səudiyyə Ərəbistanından İsrailə sərt xəbərdarlıq “Nəticələri olacaq...”
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Qətərin paytaxtı Dohada Həmasın danışıqlar heyətinə qarşı həyata keçirdiyi hücum bölgədə ciddi gərginlik yaradıb. Həmas rəsmiləri hücumun uğursuzluqla nəticələndiyini açıqlasalar da, hadisə Yaxın Şərqdə diplomatik müstəvidə geniş rezonans doğurub.
"AzPollitika" xəbər verir ki, hücuma ilk reaksiya göstərən ölkələrdən biri də Səudiyyə Ərəbistanı olub. Ər-Riyad rəhbərliyi hadisəni qətiyyətlə pisləyərək İsrailə sərt xəbərdarlıq edib. Səudiyyə hökumətinin bəyanatında vurğulanır: “İsrailin Dohada həyata keçirdiyi bu addım regionda sülh və sabitliyi ciddi təhlükə altına atır. Biz İsrail hökumətini hücumun mümkün nəticələrinin olacağı barədə xəbərdar edirik.”
Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanının bu mövqeyi regionda gərginliyi daha da artırmaqla yanaşı, İsrailin beynəlxalq təzyiqlərlə üz-üzə qalmasına səbəb ola bilər.
"AzPollitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 Sentyabr 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















