Səudiyyə Misiri İslam NATO sunda niyə istəmir?
Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Regional müharibələr yalnız döyüş meydanında hərbi və siyasi qarşıdurmaları dərinləşdirmir, eyni zamanda dövlətləri yeni tərəfdaşlıqlar və ittifaqlar qurmağa sövq edir. Rusiya-Ukrayna müharibəsi fonunda bu proses daha aydın görünür".
Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Moskva ilə strateji münasibətlərini gücləndirən Belarus son dövrlərdə Pekinlə də hərbi və siyasi əməkdaşlığını genişləndirir:
"Belarus prezidenti Aleksandr Lukaşenko Moskvadan dərhal sonra Pekinə səfər etdi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu söylədi. Bunun nəticəsi olaraq Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir. Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının həyata keçirilməsi dayanır. Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır".
Elxan Şahinoğlunun sözlərinə görə,oxşar vəziyyət Yaxşın Şərqdə yaranıb: "Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji əlaqə regionun gələcəyini yenidən müəyyənləşdirir. Bu transformasiyanın mərkəzində ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail rol oynayır, Pakistanla Hindistan da mövcud proseslərdə fəallıqlarını artırıblar. Hindistanın Rusiya ilə enerji sahəsində əməkdaşlığını artırmasına baxmayaraq, Vaşinqton Yeni Dehli ilə tərəfdaşlıq münasibətlərinin səviyyəsini azaltmayıb. ABŞ-da dəyişən administrasiyalar Hindistanı Çinin artan təsiri fonunda balnslaşdırıcı ölkə kimi dəyərləndirirlər".
Politoloq vurğulayıb ki, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı yenicə formalaşıb. Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır. Ancaq Səudiyyə Ərəbistanı fərqli mövqedən çıxış edir, Misirin ittifaqa qoşulmasına razı deyil: "Ər-Riyad Misirin Səudiyyə Ərəbistanının regional rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrindən narazıdır. Digər istiqamətdə ABŞ – İsrail - Birləşmiş Ərəb Əmirlikləri - Hindistan ittifaqı formalaşıb. Bu ittifaqda ABŞ lider, İsrail innovasiyaların tətbiqi, Birləşmiş Ərəb Əmirlikləri investisiyalar, Hindistan isə artan iqtisadi çəkisi ilə rol oynayır. Bu ittifaqı formalaşdıran əsas amillərdən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsidir. Vaşinqton regional sabitliyi qorumaq üçün etibarlı tərəfdaşlar axtararkən, ittifaqda yer alan dövlətlərlə ikitərəli əlaqələri gücləndirmək siyasəti həyata keçirir. Vaşinqton İsraillə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığı da təşviq edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 21 Avqust 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















