Səudiyyə qapalı görüşdə moderatorluq edəcək
Icma.az, Cebhe info az-ə istinadən məlumat verir Səudiyyə qapalı görüşdə moderatorluq edəcək.
Səudiyyə Ərəbistanı sadəcə Rusiya və Amerika rəsmilərinə qarşıdakı danışıqlar üçün platforma təqdim etməyəcək, o həm də vasitəçi kimi çıxış etmək niyyətindədir.
Yenisabah.az CNN-ə istinadƏN xəbər verir ki, bu barədə mənbələr danışıb.
Onların məlumatına görə, görüş fevralın 18-də baş tutacaq və Səudiyyə Ərəbistanı nümayəndə heyətinə krallığın milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək.
ABŞ-ı dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edəcək.
Adı açıqlanmayan ukraynalı rəsmi CNN-ə bildirib ki, Kiyev danışıqlarda təmsil olunmayacaq.
Mənbə qeyd edir ki, Tramp administrasiyasının xarici siyasətində Səudiyyə Ərəbistanına mühüm rol verilir. CNN xatırladır ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud xüsusilə narkotik qaçaqmalçılığına görə Rusiyada həbs cəzası çəkən amerikalı Mark Vogelin azadlığa buraxılmasına şərait yaradıb və 2017-ci ildə Tramp prezident kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
"Cebheinfo.az"
