Seul Ukraynanın şimali koreyalı əsgəri ələ keçirdiyini təsdiqləyib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Cənubi Koreya kəşfiyyatı Ukraynanın yaralı şimali koreyalı əsgəri ələ keçirdiyini təsdiqləyib.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu, Ukraynanın ilk dəfə bu cür hadisənin qeydə alındığı şimali koreyalı döyüşçünün saxlanılması barədə məlumatından sonra baş verib.
“Dost ölkənin kəşfiyyat xidməti ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə yaralı şimali koreyalı əsgərin ələ keçirilməsini və hadisələrin sonrakı inkişafını diqqətlə öyrənmək planlarını təsdiq edirik”, – Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin qısa bəyanatında bildirib.
Təsdiq Ukraynanın teleqram kanallarının Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətində əsgəri ələ keçirdiyini, lakin hadisənin nə vaxt baş verdiyini dəqiqləşdirmədiyini bildirməsindən sonra gəlib.
Ələ keçirildiyi iddia edilən yaralı hərbçinin fotoları sosial şəbəkədə dərc edilib. Əsgərin vəziyyəti və hazırkı durumu barədə məlumat verilmir.
Xatırladaq ki, daha əvvəl Cənubi Koreya kəşfiyyatı Rusiyaya göndərilmiş Şimali Koreya əsgərlərinin itkilərini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Dekabr 2024 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















