Icma.az
close
up
RU
Sevgi, qorxu, yoxsa asılılıq? MÜSAHİBƏ

Sevgi, qorxu, yoxsa asılılıq? MÜSAHİBƏ

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Bəzən elə bir münasibətin içində oluruq ki, onu “sevgi” adlandırırıq. Qarşımızdakı insanı itirməkdən qorxuruq, onun varlığına bağlanırıq və bu bağlılığı sevgi kimi dəyərləndiririk. Amma çox zaman bu, sevgi deyil, tənha qalmaqdan qorxusu, keçmiş travmaların və uşaqlıqda yaranmış emosional boşluqların təzahürüdür".

Bu sözləri klinik psixoloq Elyaz Bornak deyib. Onun münasibətlərlə bağlı Ölkə.Az-a müsahibəsini təqdim edirik:

 - Bəs, niyə bəziləri zərərli münasibətdən ayrıla bilmir?

Onun sözlərinə görə, bir çox insan zərərli münasibəti tərk edə bilmir, çünki ağrılı olsa belə, o münasibət tanış bir hiss yaradır:

"İnsan psixikası üçün tanışlıq təhlükəsizliyə bərabərdir. Uşaqlıqda sevgini yalnız şərtlərlə hiss etmişiksə, məsələn, “Yaxşı uşaq olsan, səni sevərəm” deyiblərsə, böyüdükdə də eyni modeli təkrarlayırıq. Şüuraltı şəkildə inanırıq ki, sevgi ağrı ilə, imtina ilə, ya da özünü qurban verməklə gəlir. Bu səbəbdən, zərərli münasibət bəzən uşaqlıqda tanıdığımız “sevgi atmosferinə” bənzəyir. Və biz onu tərk etmək istəmirik, çünki bu ağrının içində belə “evdəki” bir hiss var".

 - İnsan niyə sevgini asılılıqla səhv salır? 

"Emosional asılılıq, çox vaxt “sevmək” adı altında gizlənir. Əslində isə, bu, daxildəki boşluğu doldurmaq cəhdidir. Uşaqlıqda yetərincə emosional dəstək, anlayış və təhlükəsizlik hissi görməyən uşaq, böyüdükdə bu ehtiyacı romantik münasibətlərdə kompensasiya etməyə çalışır. Qarşı tərəfin sevgisi onun üçün “yaşamaq” qədər vacib olur, çünki o sevgi bir növ emosional oksigenə çevrilir.

Buna görə də ayrılıq təkcə bir münasibətin bitməsi deyil, keçmişdə doyurulmamış bütün ehtiyacların yenidən oyanması deməkdir. Bu ağrı o qədər dərin olur ki, insan özünü sanki “yarım” hiss edir və münasibətdən çıxa bilmir".

- Keçmişin izləri: Qorxularımız bizə haradan miras qalıb?

"Çox zaman zərərli münasibətlərdə qalmağımızın səbəbi indiki tərəfdaşımız deyil, keçmişdəki emosional yaralarımızdır. Uşaqlıqda valideynlər arasında gərginlik, sevgisiz münasibət, rədd edilmə və ya diqqətsizlik yaşamış bir uşaq içində bir inanc formalaşdırır: “Mən sevilmək üçün çox çalışmalıyam”, “Əgər tərk etsəm, tək qalacam", “Qorxuram, çünki tək qalmaq ağrılıdır”.

Yetkinlikdə bu inanc bizi manipulyasiyaya, qəddar davranışa və ya sevgisiz münasibətə belə dözməyə məcbur edir. Çünki şüuraltımız deyir: “Heç olmasa bu var. Heç olmasa tənha deyiləm”.

- Bəs, emosional asılılıqdan çıxmaq üçün nə etmək olar?

"Emosional asılılıqdan qurtulmaq, bir gündə mümkün deyil. Bu, keçmişlə üzləşmə prosesidir. Amma bir neçə addım bu yolda işıq ola bilər:

1.Keçmişi anlamaq: Uşaqlıqda hansı emosional ehtiyacların ödənilmədiyini düşünün. Sevilmək, görünmək, qəbul edilmək… Hansı hissələrində boşluq var idi?

2.Daxili uşaqla əlaqə: Öz içinizdəki “kiçik sən”i gör və onun ehtiyaclarını valideynlərinizdən deyil, indi özünüzdən almağa başlayın.

3.Həqiqəti adlandırmaq: Münasibətin içində qorxu, asılılıq və ya sevgi olduğunu dürüst şəkildə dəyərləndirin. Bəzən “Bu məni sevmir, mən buna bağlanmışam” demək, sağalmanın başlanğıcıdır.

4.Yalnızlıqla dostlaşmaq: Tənha qalmaq bəzən ağrılıdır, amma eyni zamanda azadlığın başlanğıcıdır. Özünüzlə qalmaq bacarığı sevginin sağlam təməlidir.

5.Dəstək almaq: Terapiya bu mərhələdə çox vacibdir. Çünki emosional asılılıq sadəcə indiki münasibətlə bağlı deyil, keçmişin dərin qatlarında gizlənir.

Hər birimiz sevilmək, qəbul edilmək və dəyərli hiss etmək istəyirik. Amma bu arzunun arxasında bəzən keçmişdə doyurulmamış bir uşaq dayanır. Zərərli münasibətdən çıxmaq, sadəcə bir insandan uzaqlaşmaq deyil. Bu, keçmiş travmalarımızı buraxmaq və özümüzlə sağlam bir münasibət qurmaq deməkdir. Çünki sevgi, qorxunun olmadığı yerdə filizlənir. Və əsl azadlıq, “Tək qalsam da, yenə də dəyərliyəm” deyə bildiyimiz anda başlayır".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri