Icma.az
close
up
RU
Fiqura , yoxsa sənət? MÜSAHİBƏ

Fiqura , yoxsa sənət? MÜSAHİBƏ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik:

- Bayağı mahnılara qarşı necə mübarizə aparmaq olar?

- Əvvəlcə fikirləşək ki, bayağı mahnı nə deməkdir? İncəsənətin müxtəlif qatları var. O qatların birinə akademik, birinə bayağı demək ilk dəfə kimin ağlına gəlib bilmirik. Amma yüksək zövqlü insanlar fikirləşirlər ki, toyda oxunan mahnı bayağıdır, opera-balet teatrında insanların dinlədiyi mahnıları yüksək səviyyəli hesab edirlər. Bu, mübahisəli məsələdir. Əgər bir mahnı cəmiyyətə təsir edirsə, bayağılıqdan çıxır, elitarlıqdan da çıxır, topluma təsir edir. Bəyənmədiyimiz "Davay dasvidaniya" müxtəlif ölkələrdə səsləndi, Qarabağ müharibəsində belə Paşinyanı o meyxana ilə göndərirdilər. Mədəniyyətə bütöv baxmaq lazımdır. Əgər cəmiyyətin müəyyən hissəsinə təsir edən mahnılar və rəqslər varsa, araşdırmalıyıq ki, onsuz da zəif olan musiqi zəif ifaçılar tərəfindən məhv edilir. Ona qalsa, bizim xalq mahnılarımızın ictimai, siyasi yükü yoxdur. Biz onları kənara ata bilmərik. Bünövrənin əsasında yüksək sənət nümunələri yaranır. Bayağı mahnıları oxuyan müğənnilərimiz vaxtilə ruslara, rus dilinə qarşı kulturoloji müqavimət göstəriblər. Bakıda Azərbaycan dilində danışan bir nəfər də yox idi. Bizə "çuşka" deyirdilər. Elə ki Heydər Əliyev gəldi, 70-ci illərdən sonra Azərbaycan incəsənəti, mədəniyyəti milliləşməyə başladı. Milliləşmə deyəndə ancaq türkləri nəzərdə tutmuruq, Azərbaycanda yaşayan xalqlar, Şərq mədəniyyətinin sintezini nəzərdə tuturuq. Azərbaycan mədəniyyəti və incəsənəti özlüyündə unikal bir hadisə idi. Avropa musiqisini Şərq muğamatı, musiqi növləri ilə sintez etdi. Çox maraqlı sənət nümunələri yarandı. Hər hansı musiqiyə ara musiqisi demək olmaz. Götürsək, Rusiyadakı pop musiqisinin 90%-i ara musiqisidir. Amerikadakı afrikalıların, hinduların musiqiləri nə gündədir. Onları qəbul edirik, meyxana olanda o dəqiqə deyirik ki, ara musiqisidir. Ümumiyyətlə, zövq məhv olub gedib. Nə qədər ki, Filarmoniyada bəstəkar musiqisi səslənmir, toylarımızın bir hissəsində ciddi mahnılar səslənmir, o qədər də problem olacaq. Çünki indi aşağı səviyyəli meydan musiqisi akademik musiqini üstələyib. Ona görə də etiraz edirik. Bütün bunlara cavab verən Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqının poeziya şöbəsi haradadır, Mədəniyyət Nazirliyi hara baxır? Elmlər Akademiyasının incəsənətə cavab verən şöbələri var. Onlar maaş alırlar, bəs hara baxırlar? Toy müğənnisindən pul alaraq adını güclə siyahıya salıb onu Xalq artisti, Əməkdar artist edəndə bilməli idin ki, sənətin bu günə düşəcək. Bizim nə qədər dəyərli yazıçılarımız, sənət xadimlərimiz var ki, illərlə gözləyirlər, yatağa düşürlər, onlara ölənə yaxın, ya da öləndən sonra o adı verirlər.

- Azərbaycan musiqisinin hazırki vəziyyəti sizi qane edirmi?

- Musiqimiz kifayət qədər çoxşaxəli inkişaf edir. Çünki hamımız çalırıq, oynayırıq, heç kim heç kimi dinləmir. Toylarda da müğənni istənilən insana mikrofonu versə, bir çox müğənnilərdən yaxşı oxuyar. Amma musiqimizin səhnə arxasında baş verənlər bizi qane etmir. Əvvəl xanımlar, indi oğlanlar da onlara qoşulub ki, son illər parlayan "ulduzcuqlaq" görürük. "Hacı" davasında, axtarışında olan müğənnilər görürük. Efir bizim müqəddəs yerimizdir. Televiziyada utanmadan bunu edirlər. Keçmişdə də belə şeylər var idi, amma utanırdılar, gizli edirdilər. Camaat biləndə ictimai qınaq edirdi, toylarına çağırmırdılar, qız vermir, qızını almırdılar. İndi əksinə olub. "Həci"lərin müğənnilərə buraxdıqları pullar hardandır? Biz də pul qazanmaq üçün iki, üç yerdə, bütün gün çalışırıq. Bu ölkədə Maliyyə Nazirliyi, Vergi müfəttişləri niyə maraqlanmırlar ki, bu müğənnilər haradan çıxdılar? Bir müğənninin verilişdə kommersiya məqsədli çıxması çox pul edir. Xarici ölkədə belədir ki, maşın alanda gəlib soruşurlar ki, necə almısan? 18 yaşlı qız uşağı necə Jeep sürə bilər? Mən qəbul edirəm, dünyanın hər yerində sponsor var. Onlar sahibkardır, mədəni, sosial məsuliyyəti var. Məsələn, deyir ki, bir musiqi yaxşıdır, mədəniyyətimizi irəli aparır, onun klipinə pul ayırıram. Bizdə bu yoxdur. Ən əsası isə xalqın ictimai qınağı yoxdur. Günah cəmiyyətdədir. Bu zövqü formalaşdırmaq üçün heç olmasa siz də çalışın. Niyə bu ölkədə Səməd Vurğun adına Rus Dram teatrı yüksək səviyyəli sənət əsərləri nümayiş etdirir, niyə ona ancaq rus dillilər getməlidir? Siz hardasınız? Niyə tələb etmirsiniz?

- Bəzi müğənnilər var ki, "Youtube"da süni şəkildə baxış sayı artırırlar. Buna münasibətiniz necədir?

- Müasir dövrün tələbi sosial şəbəkələrdə görünməkdir və sayğacın göstəricisidir. Bütün sənət adamları buna fikir verməlidirlər. Telefon da bıçaq kimidir. Bıçaqla ət də doğramaq olar, adam da vurmaq olar. Telefon da silahdır. Ondan təhsil üçün, virtual ofis kimi istifadə edə bilərsən. Əgər sosial şəbəkə pisdirsə, bu, telefonun günahıdır, yoxsa insanların? Qadınlar var ki, telefonla biznes idarə edirlər. Yemək bişirirlər, telefonla onun reklamını edirlər, milyonlar qazanırlar. Bunun harası pisdir? Əgər işgüzar, peşəkarsansa, ağıllı adamsansa, sənin vaxtın olmayacaq mənasız rəylər yazmağa. Hər verilişdən sonra rəylər yazılır, orada hamını yıxıb sürüyürlər. Onların hamısını bir-bir məhkəməyə versək, necə ki, bir-ikisini verdik, gördük ki, ya xəstədir, ya da öz ailəsindən xəbəri yoxdur, bizə əxlaq dərsi verir.

- İzləyicilərdən gələn rəylər sizi qane edirmi?

- Pis rəy yazanlar, təhqir edənlər elə bilirlər ki, həmin adam üçün bu hal pisdir. Onu anlamırlar ki, biz o qədər inkişaf etmişik ki, belə şeylərə fikir vermirik. Onlar özləri də bilmədən qarşı tərəfin reytinqini qaldırırlar.

- Bəzi müğənnilər var ki, fanaqrama ilə ifa edirlər. Texniki səhv olanda mahnı kəsilir, biabır olurlar. Canlı ifalara təəssüratınız necədir?

- Millətin ruhu canlı səslə, musiqi ilə, mənim düşüncələrimlə, SƏS TV-nin efiri ilə formalaşır. Bu, mədəniyyətimizin milli ruhudur. Bizdə dəyər az deyil. Nizaminin, Füzulinin vaxtında onları dinləyən, oxuyan var idi? Füzuli üç il məsciddə gizlənib, onu öldürmək istəyirdilər. Ona görə ki, "Leyli və Məcnun" əsərini Azərbaycan türkcəsində yazmışdı. Əsrlər, illər keçəcək, süni intellekt sizin səsinizdən bizim zəmanəmizin ruhunu, insanların düşüncə tərzini ortaya qoyacaq. Yadıma gəlir ki, 20 il bundan əvvəl sevimli Xalq artistimiz Flora xanımla birlikdə idik. Mən təklif etdim ki, niyə Flora xanım "Lay-lay" musiqisini ifa etməsin? Onsuz da, bizim indiki analar lay-lay oxumur. Uşaq ağlayanda telefonda səsləndirilsin. Bu çox önəmlidir, texnologiya inkişaf edir. Anaların vaxtı da yoxdur. Dayə də çağırsan, o da lay-lay oxumur, bütün günü smartfonla məşğul olur. Heç olmasa bu mahnılar uşaqları milli ruhda böyütsün.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Fevral 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri