Icma.az
close
up
RU
Sevgilimi kafeyə işə düzəltmişdim, kişilərlə içki içməyə başladı

Sevgilimi kafeyə işə düzəltmişdim, kişilərlə içki içməyə başladı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Masallı rayonunda 36 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 16-da Masallı şəhəri, Bakı prospektində baş verib. 1990-cı il təvəllüdlü İntiqam həmin gün, gecə saat 2 radələrində şəhərin Bakı prospektində piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağında sevgi münasibətində olduğu Zəhra (adlar şərtidir – red.) ilə piyada hərəkətdə olan zaman aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu döyüb, müxtəlif dərəcəli xəsarətlər yetirib. 
İş üzrə izahat verən İntiqamın sözlərinə görə, Zəhranı 2018-ci ildən tanıyır və həmin vaxtdan aralarında sevgi münasibətləri var:
“Zəhra Masallı rayonunun kəndində yerləşən kafeyə işə düzəltmişdim. O, işdən gecə saatlarında çıxdığı üçün hər axşam gedib onu evinə aparmışam. Ötən ilin sentyabrın 15-də, saat 23 radələrində həmin kafeyə getdim. Kafe sahibi Zəhranın müştərilərə qulluq etmədiyini, müştərilərlə əyləşib spirtli içki qəbul etdiyini bildirdiyindən bununla bağlı kafenin mətbəxində ona irad bildirdim. Zəhra həmin vaxt sərxoş olduğu üçün aramızda sözlə mübahisə yarandı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 16-da, gecə saat 2 radələrində Zəhra ilə kafedən çıxıb və yol kənarı ilə piyada gediblər:
“Bu zaman Zəhra dəfələrlə məni və ailə üzvlərimi təhqir etdiyi üçün özümü saxlaya bilmədim, sağ əlim ilə onun üzünün sol tərəfinə şillə ilə vurdum. Onu itələyərək yerə yıxdım. Zərbədən Zəhranın başı asfalt örtüyünə dəydi və əzilərək qanadı. Mən paltarımı çıxararaq Zəhranın başının qanını sildim və əlimdə olan su ilə əl-üzünü, başının qanını yudum. Daha sonra onu yaşadığı evə apardım. Sonra qızı da Zəhranı Masallı rayon Mərkəzi xəstəxanasına apardı”. 
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdıqlarını və ona dəymiş ziyanı ödədiyini nəzərə alınmasını istəyib. 
Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri