Icma.az
close
up
RU
Hollivud ulduzu: “Sevgilimi ölümündən dörd il əvvəl itirmişdim”

Hollivud ulduzu: “Sevgilimi ölümündən dörd il əvvəl itirmişdim”

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı aktrisa Sandra Bullok uzun müddət həyat yoldaşı kimi birlikdə yaşadığı fotoqraf Brayan Rendallın ağır xəstəliyi və ölümündən sonra keçirdiyi sarsıntıdan danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı aktrisa “SmartLess” podkastında Rendallın üç il ərzində amiotrofik lateral sklerozla (ALS) gizli mübarizə apardığını bildirib. Brayan Rendall 2023-cü ilin avqustunda 57 yaşında vəfat edib.

Bullokun sözlərinə görə, Rendall xəstəliyinin ictimaiyyətə açıqlanmasını istəməyib. Aktrisa onun istəyinə hörmət etsə də, ağır sirri xüsusilə COVID-19 pandemiyası dövründə təkbaşına daşımağın özünü təcrid etdiyini söyləyib.

“Mən Brayan üçün ölümündən dörd il əvvəl yas tutmağa başlamışdım. Xəstəlik münasibətimizin yarısını əlimizdən aldı. Sevdiyim insan bədəni dünyadan köçməzdən xeyli əvvəl məni tərk etmişdi”, – deyə aktrisa etiraf edib.

Sandra Bullok bu müddətdə iki azyaşlı övladının da yaşananları qəbul etməsinə yardım göstərməyə çalışdığını bildirib. Xüsusilə qızı Layla Brayanı ata kimi gördüyü üçün ailənin vəziyyəti daha da ağır olub.

Aktrisa əvvəlcə diaqnozu yalnız bacısı ilə bölüşüb. Daha sonra yaxın dostları Cennifer Eniston və Amanda Anka da həqiqəti öyrəniblər. Bullok xəstəliyin fiziki əlamətlərinə psixoloji problemlərin də əlavə olunmasını “olduqca qaranlıq bir dövr” adlandırıb.

Brayan Rendallın ölümündən sonra aktrisa fəaliyyətinə fasilə verərək vaxtını övladlarına və mənəvi sağalmasına ayırıb. O, hazırda “Practical Magic 2” filmi ilə yenidən ekranlara qayıtmağa hazırlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Avqust 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri