Icma.az
close
up
RU
Sevgilisindən ayrılanlar oxusun! O acıdan qurtulmaq üçün...

Sevgilisindən ayrılanlar oxusun! O acıdan qurtulmaq üçün...

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

BAKU.WS lent.az-a istinadən klinik psixoloq Nərmin Sucayevanın məqaləsini təqdim edir:

Sevgi - bəzən qarşılıqlı, bəzən platonik; bəzən ağrılı, bəzən sevincli; bəzən göz yaşı, bəzən isə çox yüngül bir təbəssüm...

Sevgi kainatın möhtəşəm gözəllik və nizam içində yaradıldığı zamandan bəri mövcuddur. İlk insanla birlikdə insanlar arasında ən rəngli, ən zövqlü, ən zəngin bir duyğudur eşq. İnsanları gözü bağlı cəzb edən bu sirr kürəsi çox şirindir, çox gözəldir və çox zövq vericidir...

Sevgi özü ilə birlikdə sahiblənməyi gətirir, sahib olduğumuz şeyləri itirməksə ağrı verir. Aşiq olduğumuz zaman sevdiyimiz insanı o qədər sahiblənirik ki, ayrılığı ölüm kimi qiymətləndiririk. Sevgilidən uzaqlaşma ölümə məhkumluğu yaşadır. Sevgini bir növ siqaretə bənzətmək olar: asılılıq yaradan bütün maddələr kimi yoxluq vəziyyətində sevən insana əzab verir.

Hər ayrılıq sonrası sancılı bir müddətdir. Bir münasibəti davam etdirmək adına göstərdiyimiz cəhdlərin və gələcək üçün qurduğumuz xəyalların birdən sonlanması bizi dərin boşluğa atır. Həyatda ən dəyərli varlığımızı itirmiş  kimi hiss edirik. Sanki sahib olduğumuz tək dəyərli şey odur və bir daha heç vaxt əldə edə bilməyəcəyik kimi düşünürük.

Ayrılıqdan sonra hiss olunan dərin boşluq o qədər narahat edicidir ki, ayrılıq kədərini yüngülləşdirmək, sakitləşdirmək və sevgi əzabından xilas olmaq üçün hər şey etməyə çalışırıq. Əksər insanlar bu vəziyyətdə özünü çox gücsüz və çarəsiz hiss edir, bu kədərin heç vaxt bitməyəcəyini düşünür. Bəzən onu geri qazanmaq istəyirik, amma edə bilməyəcəyimizi anlayırıq.

Bu halda nə etmək olar? Necə edək ki, bu əzabdan qurtulaq?

İlk növbədə özünüzü mühakimə edin; "Mən niyə bu qədər qəmginəm? Məndə nə əskikdir? Yoxsa özümü dəyərsizmi hiss edirəm?"

Çəkdiyimiz ağrılar problemlərimizi görməyə kömək edir. Duyğularımız isə hərəkətə keçməyimiz üçün avtomatik siqnal rolunu oynayır. Necə ki, bədənimizdə hiss etdiyimiz ağrı bizə xəstəliklərin siqnalını verir, yaşadığımız kədər dolu duyğular da bir şeyin qaydasında getmədiyi haqqında siqnallar ötürür. O siqnallara diqqət yetirmək lazımdır, çünki bu zaman özümüzü dəyişdirmə yoluna giririk. Əgər ağrı varsa, o zaman dəyişmə tələbata çevrilir.

İlk öncə sizin üçün vacib olanları müəyyənləşdirin. Nə istədiyinizi araşdırın. Həyatınızı necə bir insanla davam etdirmək istərdiniz? Əsas vacib və çətin məsələ qərar qəbul etməkdir. Əgər o insanla ömrünüzü davam etdirə biləcəyinizi düşünürsünüzsə, onda  bütün problemlərinizi həll etməyə çalışın. Əgər ayrılmağa qərar vermisinizsə, o zaman ayrılığın yaratdığı fəsadları ortadan qaldırın.

Ayrılıq acısından necə xilas ola bilərik?

1) Bunun keçici proses olduğuna özünü inandırmaq

İlk növbədə özünüzü prosesin keçəcəyinə inandırın, çünki insan hər şeyi unudur və heç bir kədər boşuna olmaz. Əgər o hüznün içində hədiyyəni görməyi seçsəniz, sizə çox şey öyrədəcək. Afrika atalar sözünə əsasən: "Hər tragediya digər əlində hədiyyə ilə gəlir; amma biz kədərlə o qədər məşğul oluruq ki, verilən mükafatı görmürük, o da gəldiyi kimi itib gedir".

2) Geri dönüş üçün ümidlənmə!

Hər tərk edilən, tərk edib gedənin səhvini başa düşəcəyini, peşman olacağını və bir gün geri qayıdacağını ümid edir. Çünki özü hələ sevir. Bu, qarşılıqsız sevginin ağırlığı altında əzilməkdir. Bu ağrını yaşayan insan elə düşünür ki, problemin həlli qarşı tərəfin geri dönməsi və münasibətlərin bərpasıdır. Onun da özünü sevdiyini, amma başqa şərtlərə görə getmək məcburiyyətində qaldığını düşünür. Lakin bilmək lazımdır ki, gedən geri qayıtmaz, çünki onun gedərkən səbəbləri var, geri dönəcəyi haqqında düşünürsən, ümid edirsənsə, heç vaxt unuda bilmərsən.

3) Hadisələrə qarşı adaptiv yanaşma

İnsanlar stəkanın boş tərəfini görməyə meyllidirlər, hələ üstəlik bu sevgi kədəri çəkdikləri zaman. Bir daha xoşbəxt olmayacağını, bir daha onun kimi birini tapa bilməyəcəyini düşünür. Halbuki onun xaricində hər kəs bunun yanlış olduğunu bilir. Hansısa bir hadisəyə neqativ baxarkən özünüzü düzəltməyə və müsbət yanaşmağa çalışın. Yaşadığın hadisələrə utanc qaynağı olaraq baxmaq yerinə onların səni daha da güclü etdiyinə fokuslanın. Etdiyin səhvlərə görə özünü cəzalandırmaq əvəzinə onlardan dərs almağa çalışın.

4) Keçmiş sevgilinizi günahlandırmayın

Ona olan bütün nifrətinizi yox edin. Nifrət vasitəsi ilə keçmiş sevgilinizlə enerji bağlantınızı saxlayacaqsınız, daima onu düşünəcəksiz və beləliklə, öz enerjinizi neqativ  fikirlərə sərf etmiş olacaqsınız. Bu, sizə lazımdır?

5) Keçmişi və keçmiş sevgilinizi xatırladan hər şeydən azad olun

Onun verdiyi hədiyyələri, yazdığı mesajları, şəkillərini silin, birlikdə dinlədiyiniz mahnıları, baxdığınız kinoları unutmağa çalışın. Keçmiş gözəl anları xatırlamaq nə qədər  yaxşıdırsa, ayrıldıqdan sonra onun üçün darıxmaq insanda neqativ duyğuların yaranmasına səbəb olur.

6) Özünü günahlandırma

Ayrıldıqdan sonra qarşı tərəfin yaşadıqlarını özünüzə aid edirsiniz, davamlı olaraq onu izləyərsiniz. Onun addımları ilə özünüzü yoxlayırsınız. Əgər o, pis olarsa, həyatına kimsəni almırsa xoşbəxt olur, özünüzü dəyərli hiss edirsiniz. Lakin o, çox xoşbəxtdirsə, sevgilisi varsa, özünüzü həm dəyərsiz hiss edər, həm də kədər içində olarsınız. Bunların tək səbəbi isə onu izləmək, ya da ondan daim xəbər almaqdır. Məsələn, ayrılandan sonra keçmiş sevgilinizin facebookda əyləncəli musiqi paylaşmasını sizə ünvanladığını hiss edər, romantik  mahnı paylaşdığı zaman isə sizi unutmadığını düşünərsiniz. Halbuki bunların heç biri doğru olmaya bilər.

7) Yeni münasibətə hazırlıq  

Çox vaxt bəzi insanlar ötən münasibətdə çətinliklər yaşadığı və bunların təkrarlanmasından qorxduğu üçün yeni münasibətə başlamaqdan qorxurlar. Çünki digər insanın da öncəki kimi onu tərk edəcəyindən çəkinirlər. Lakin situasiyaya psixoloji aspektdən yanaşanda görürük ki, əslində həmin insanlarda özlərinə qarşı güvən olmur.

Bəzi mənbələrdə qeyd olunur ki, öncəki münasibətin ağrısından qurtulmaq üçün yeni münasibətə başlayın. Lakin bu, doğru yanaşma deyil. Çünki insan keçmiş travmanı unutmayıbsa, gələcəyə köklənə bilməz. Əgər unuda bilmirsə, bu zaman keçmişdəki şəxsi yeni insanda axtarmağa çalışır, onun xüsusiyyətlərini həmin insanda formalaşdırmaq istəyir.

Bütün bunlardan qaçmaq üçün çalışın, keçmiş sevgilinizi ideal partnyor olaraq görməyin. Unutmayın ki, sizi xoşbəxt edəcək yeganə insan o deyil.

Həyat keçmişdə ilişib qalacaq qədər uzun deyil, çalışın bu günü və gələcəyi düşünün, sevin və sevilin!

BAKU.WS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Aprel 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri