Sevgilisini taksinin içərisində döyən şəxsə HÖKM OXUNDU
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 8 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 25 noyabr 2024-cü il tarixdə, saat 00:15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, Xəlil Bayramov şəhər istiqamətində hərəkətdə olan taksi avtomobilində sərnişin olduğu zaman şəxsi münasibətlər zəminində zərərçəkmiş İlahə Bədəlovanı (adı, soyadı şərtidir) döyüb.
Belə ki, təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş şəxsin onunla münasibətə son qoymaq istəməsini bəhanə edərək, avtomobilin salonunda aralarında yaranmış mübahisə zamanı qadına qarşı fiziki zor tətbiq edib. O, İlahənin çənəsinin altından və boğazından tutaraq, həmçinin sifət və baş nahiyələrinə qəsdən zərbələr endirərək ona bədən xəsarətləri yetirib.
Hadisədən sonra Xəlil Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)

