Sevillə Sevincin klipləri Yutubdan silindi
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənnilər Sevil və Sevinc Səfərovaların bir neçə gün öncə yayımladıqları “Göyçək xanım” mahnısının klipi Yutubdan sildirilib.
OLAY yazır ki, bacıların ifası müəllif hüquqlarına görə kanaldan götürülüb.
Qızların Xamdam Sobirovun müəllifi olduğu, əsl adı “Peshta” olan ifası instaqram, TikTok kimi sosial şəbəkələrdə qalsa da, Yutubdan silinib.
Bir müddət öncə bacılar mahnının oğurluq olması ilə bağlı iddialara bu cavabı yazıb:
“Bir açıqlama vermək istəyirəm. Çünki kiminsə əməyini kiçildən, zəhmətini yerə vuran insanları qınayıram. Mahnını “oğurlayıb”, “pul xərcləməyibsiniz” deyənlərə səslənirəm: bu layihə üçün ən azı 7000 AZN vəsait xərclənib. Aranjiman, sözlər, klip və bu işdə əməyi keçən onlarla insanın zəhməti var.
Bu, oğurluq deyil! Biz mahnının ifaçısından da halallıq almışıq və bu layihə bizim üçün sıfırdan hazırlanıb.
Zəhmət olmasa, heç kimin əməyini və əziyyətini yerə vurmayın. Hər bir işin arxasında böyük zəhmət, vaxt və maddi-mənəvi əziyyət dayanır”.
Müğənnilərin klipini isə Xəyal Hüseyn lentə almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Sentyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















