“Sevimli dad” və “MilkPro” brendləri satılıb
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
“Sevimli dad” və “MilkPro” brendləri altında süd məhsullarının istehsalı “Azera Holding”ə ötürülüb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən brendlərin məhsulları bu ilin əvvəlindən holdinqə daxil olan “Azemal” şirkəti tərəfindən istehsal olunur.
Məlumata görə, zavod tam gücündə fəaliyyət göstərir.
Qeyd edək ki, “Sevimli Dad” markası ilə tanınan “Milk-Pro” MMC ötən gün ləğv olunduğunu açıqlayıb.
Məlumat üçün bildirək ki, ötən il “Xətai Development” MMC və “Azemal” MMC də “Milk-Pro”dan ayrılıb.
Xatırladaq ki, 1991-ci ildən fəaliyyət göstərən “Milk – Pro” MMC şirkəti süd, süd məhsulları (Sevimli Dad) və meyvə şirləri (Sonti) istehsal edib. Şirkətin qanuni təmsilçisi (Baş direktoru) Mustafa Mehman oğlu Məmmədovdur.
“Milk-Pro” 1997-ci ildə yaradılmış “CTC Holdinq”şirkətlər qrupunun tabeliyində fəaliyyət göstərib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















