Icma.az
close
up
RU
Sevinc Osmanqızı Əli Kərimlini bələdiyyə seçkilərinə qatılmadığına görə tənqid etdi

Sevinc Osmanqızı Əli Kərimlini bələdiyyə seçkilərinə qatılmadığına görə tənqid etdi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanda növbəti seçki hazırlığı işlərinə başlanılıb. Daha doğrusu 2025-ci il yanvarın 29-da bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Əminliklə demək olar ki, azad və demokratik şəraitdə keçəcək bələdiyyə seçkiləri Azərbaycanın müstəqilik tarixinə yazılacaq növbəti uğurlu seçkilərdən olacaq. Seçki hazırlqlarının uğurla aparıldığı vaxt da diqqətçəkən məqam ondan ibarətdir ki, dağıdıcı müxaliflər arasında seçkilərə münasibət də fərqli mövqelər var. Hətta xaricdəki antimilli ünsürlər də bələdiyyə seçkiləri ilə bağlı Əli Kərimlidən, Gültəkin Hacıbəylidən, Arif Hacılıdan, Cəmil Həsənlidən fərqli mövqe ortaya qoyur, fikirlər səsləndirirlər. Yəni AXCP, Milli Şura və Müsavat bələdiyyə seçkilərinə qatılmamaq barədə adətlərinə uyğun sifarişli mövqe ortaya qoyub, sosial şəbəkələrdə məlumatlar paylaşdıqları hal da xaricdəki antimilli ünsürlər, əksinə seçkilərə qatılmağın tərəfdarları olaraq çıxış edirlər. Bu da xaricdəki satqın ünsürlərlə Bakıdakı xainlər arasında ciddi ixtilafların, qarşıdurmaların yaranmasına gətirib çıxarıb. Elə vəziyyət yaranıb ki, Trol Sadıqlı, Sevinc Osmanqızı, Arif Məmmədov, Məhəmməd Mirzəli, Orduxan Temirxan və bu kimi digər antimilli ünsürlər eyni şəbəkədən qidalandıqları mərkəzlərə Azərbaycanın dağıdıcı müxalifətindən şikayətlər ünvanlayıblar. Xaricdəki satqıların yanaşmasına görə, Azərbaycanın dağıdıcı müxalifəti seçkilər qatılmalı, cəmiyyətə öz seçki platformalarını, ideya və təkliflərini çatdırmalıdırlar. Dünən Sevinc Osmanqızı deyilən ABŞ Dövlət Departamentinin qazanından qidalanan trol öz TV-sində açıq şəkil də bəyan edib ki, Azərbaycanın dağıdıcı müxalifətinin bələdiyyə seçkilərinə qatılmaması sıravi müxaliflərin liderlərdən tamamilə üz döndərməsinə gətirib çıxaracaq. Sevinc Osmanqızı dağıdıcı müxalifət baş bilənlərini qorxaqlıda, özlərinə inamsızlıqda da günahlandırdı. Bildirdi ki, siyasi proseslərdən çəkinən partiya sədrlərinin siyasi iddialarla çıxış etməsi yol verilməzdir.

24 min 800 dollar dostları düşmənə çevirdi

Sevinc Osmanızının yenidən Əli Kərimlini hədəf seçib, haqqında ittihamlar irəli sürməsi AXCP-də çaxnaşma yaradıb. Çünki S.Osmanızı xaricdə müxaliflərə maliyyə ayıran şəbəkə təsir edən əsas trollardan hesab edilir. Yəni S.Osmanızının birbaşa ABŞ Dövlət Departamentinin “Dostlar Klubu” na bağlı şəxs olması, ona müəyyən üstünlüklər qazandırıb. AXCP-də təmsil oluna trolların hər biri maliyyə yardımları almaq üçün mütəmadi olaraq ABŞ-ın “Dostlar Klubu” na layihələr təqdim edirlər. Təbii ki, hər kəs müsbət rəy almaq istəyindədir və bu baxımdan S.Osmanızının rəyin verilməsinə təsir edə biləcəyindən ehtiyat edirlər. Ona gör də, Ə.Kərimli ilə S.Osmanqızı arasında pozulmuş münasibətlərin daha da gərginləşməsi qrant almaq arzusunda olan AXCP-dəki trollar üçün heç də arzuedilən deyil. Bu baxımdan trol yığnağı S.Osmanızı ilə kəllə-kəlləyə gəlmək istəmir. Hər kəs dərk edir ki, bir gün Ə.Kərimli yenidən S.Osmanqızna ıəl uzadar və onların arasında yenidən isti münasibətlər, əməkdaşlıq əlaqələri yaranır. Belə hal yaşansa, ra yer də onlar S.Osmanqıznın gözündən düşən məxluqa çevrilə bilərlər. Məlum faktdır ki, uzun müddət Ə.Kərimli ilə S.Osmanqızı eyni qabdan qidalanıb, eyni tezisləri ifadə etmişlər. Tərəflər arasında pul bölgüsü üstündə mübahisələri sonda qarşıdurmaya və arlarından əldə olunan sədaqət andının havaya sovurulmasına gətirib çıxartdı. Əldə olunan sənədlərə görə, “Soros” Fondunun Gürcüstan nümayəndəliyi Ə.Kərimliyə 24 min 800 dollar pul vəsaiti ayırıb. Həmin puldan S.Osmanızna da pay düşməli idi. Lakin acıgözlüyü ilə tanınan Ə.Kərimli ayırılna qrant vəsaitindən S.Osmanqızıya verməkdən imtina edib. Bu səbəbdən də S.Osmanqızı TV-sində Ə.Kərimlini və ətrafında olan trollarını hər cür sərt ifadələrlə təhqir edir: “Əli bəy və Fuad Qəhrəmanlı bəlli şəxslərin yazdıqları statusları öz adları ilə sosial şəbəkələrdə paylaşırlar. Bu hal rüsvayçılıqdır. Eyni zamanda Əli bəy tək müxalifət lideri olduğunu nümayiş etdirmək üçün digər partiya sədrlərini gözdən salmağa çalışır”.

Fuad Qəhrəmanlı buyruq qulu olduğunu göstərməyə çalışır

Ə.Kərimli S.Osmanqızı ilə mübahisəyə girməkdən ehtiyat etdiyi üçün AXCP-də qara işlərin icraçısı kimi tanınan Fuad Qəhrəmanlını təlimatlandırmaqla önə çıxarıb. F.Qəhrəmanlının S.Osmanıqnızını “irsi xəstə” adlandırması söz yox ki, Ə.Kərimlinin istifadə etdiyi təhqir elementlərindəndir. Yəni Ə.Kərimlinin hazırladığı, lakin F.Qəhrəmanlının ifadə etdiyi sözlərdəndir. İnandırıcı deyil ki, zəif və qorxaq xarakterə malik birisi olan F.Qəhrəmanlı cəsarət nümunəsi ortaya qoyaraq açıq şəkil də S.Osmanızını təhqir etsin. Bunu sübut edən dəlil, bir qədər əvvəl F.Qəhrəmanlının S.Osmanıqızı haqqında dediyi ifadələrdir: “Sevinc xanım iddia etdi ki, sən demə, bu yazını mənim adımdan kimsə yazıb. Sevinc xanım işarə edir ki, Qənimət Zahidin sözügedən yazımı öz efirindən oxuması Əli bəyin istəyi ilə olub. Əvvəla, o, "Azərbaycan Saatı"nın yutub səhifəsinə və mənim feysbuk profilimə baxıb görə bilər ki, Qənimət bəy bu günə qədər vaxtaşırı olaraq müəllifi olduğum ölkə siyasəti və beynəlxalq münasibətlərlə bağlı geniş təhlil yazılarımı mütəmadi olaraq oxuyur və Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur”. Göründüyü kimi F.Qəhrəmanl “Əli bəyin bu məsələyə heç bir aidiyyəti də olmur” deməklə Ə.Kəimlini vəziyyətdən çıxartmağa cəhd etmişdir. Lakin “görünən dağa bələdçi lazım deyil” məsəli məhz Əli Kərimli kimi saman altdan su yeridənlər üçün deyilib. Hər kəsə gün kimi aydındır ki, Ə.Kərimli kənarda dayanıb, trollarını qabağa verməklə zamanında “dost” dediyi şəxsləri gözdən salmağa çalışır. Ona görə də, F.Qəhrəmanlının Ə.Kərimlini təmizə çıxartmağa cəhd etməsi uğursuz cəhddən başqa bir şey deyil. Artıq S.Osmanqızı da daşların hansı istiqamətdən və kimlər tərəfindən ona atıldığını yaxşı bilir. Ona görə bütün mümkün vasitə və üsullardan istifadə edərək, ona yamanlıq edənlərdən qisasını almağa çalışır. Bu qovğa və qarşılıqlı ittihamlar isə hələ uzun müddət davam edəcəyi şübhəsidir. O zamana qədər ki, hər ikisinin üzv olduğu, hər zaman maddi və mənəvi yardımlar aldıqları mərkəzi ofis rəhbərliyi onlara barmaq silkələsin və “qurtarın bu didişməyi” xəbərdarlığını etsin. Həmin vaxt Ə.Kərimli və S.Osmanqızı düşmənçiliyə son qoyub, həya və abır etmədən yenidən aralarında heç nə olmamış kimi bir-birinə xoş münasibət sərgiləyib, eyni verilişdə sərsəm sayıqlamalarını səsləndirəcəklər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri