Icma.az
close
up
RU
Sevinc Osmanqızı Tramp tərəfindən Azərbaycana təhvil verilə bilər

Sevinc Osmanqızı Tramp tərəfindən Azərbaycana təhvil verilə bilər

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Son aylarda sosial media platformalarında, müxtəlif “YouTube” kanalları üzərindən yayımlanan bəzi kontentlər Azərbaycan Respublikasının konstitusiya quruluşuna və ictimai sabitliyə qarşı yönəlmiş çağırışlarla diqqət çəkib. Xaricdə yaşayan və özlərini “siyasi mühacir” kimi təqdim edən bir sıra blogerlər müxtəlif kanallarda ölkə daxilində qarışıqlıq yaratmağa, dövlət qurumlarını hədəfə almağa, cəmiyyətdə çaşqınlıq və narazılıq doğurmağa yönəlik çıxışlar ediblər. Onların fəaliyyəti uzun müddətdir ictimai və hüquqi müstəvidə müzakirə mövzusudur.

Bu kontekstdə Azərbaycan Respublikasının Baş Prokurorluğu həmin şəxslərə qarşı hüquqi prosedura start verib. Aralarında Orduxan Bəbirov, Qabil Məmmədov və digər şəxslərin də olduğu qrupun üzvlərinə Cinayət-Prosessual Məcəllənin 467-13.4-cü maddəsinə əsasən rəsmi çağırış göndərilib. Onların Bakı şəhərində Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasında istintaqda iştirak etmələri tələb olunub. Lakin qeyd olunan şəxslər uzun müddətdir ölkə hüdudlarından kənarda gizləndiklərinə və istintaqdan yayındıqlarına görə barələrində axtarış elan edilib.

Prokurorluq tərəfindən bildirilib ki, bu şəxslərə ibtidai istintaqda iştirak etmək, müdafiəçi seçmək və digər prosessual hüquqlardan istifadə etmək imkanları tanınır. Bununla yanaşı, qanunvericiliyin müvafiq tələblərinə əsasən, çağırışa əməl etmədikləri halda barələrində qiyabi icraat başlanılması və qiyabi hökmün çıxarılması da nəzərdə tutula bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyir ki, bu şəxslər məsuliyyət hislərini tamamilə itiriblər, onlar Baş Prokurorluğun qərarını rişxəndlə qarşılayırlar.

"Görünür ki, erməni və ermənipərəst ağaları, sahibləri onları arxayın edən addımlar atıb. Əks halda onlardan belə davranış gözləmək olmazdı, məsuliyyət hiss edərdilər ki, Azərbaycan Baş Prokurorluğu barələrində artıq cinayət işi açıb və onları istintaqa cəlb edir. Amma görünür, Fransada məskunlaşan özünü bloger kimi təqdim edən, əslində isə anti-milli ünsür olan və Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı, konstitusyon quruluşu dəyişməyə çağırış edən, yəni başdan-ayağa cinayətkar əməllərə  malik olan şəxslər Emmanuel Makronun prezident olduğu ölkənin onları Azərbaycana verməyəcəyindən arxayındırlar. Yaxud Almaniya ilə bağlı eyni fikirləri söyləmək olar. Bir daha demək istəyirəm ki, faktiki cinayət yolu seçmiş, terrorçuluğa, ölkəmizdə konstitusion quruluşu devirməyə çağırış etmiş, dələduzluq əməllərinə imza atmış bu şəxslərin arxayınçılığının yeganə motivi ölkələrdəki anti-Azərbaycan siyasi dairələri ilə bağlıdır. Arxayınçılıq bundan qaynaqlanır. Bir şey söyləyim ki, dünyada əbədi, daimi dostlar yox, daimi maraqlar var. Bir gün dəyişən maraqlar fonunda ağaları, yiyələri həmin bu şəxsləri bir əlcək kimi kənara tullayacaqlar. Deyəcəklər ki, “sizin faydalılıq əmsalınız bizim üçün bitdi”. Hesab edirəm ki, həmin gün elə də uzaqda deyil”.

E.Nəsirov ABŞ-də yaşayan Sevinc Osmanqızına da Baş prokurorluq tərəfindən cinayət işi açılmasının istisna olmadığını vurğulayıb:

“Bayden administrasiyası dövründə Sevinc Osmanqızı istisna idi. O, kanalında gecə-gündüz Bayden administrasiyasını tərifləyirdi. Lakin indi siz ona baxsanız görərsiniz ki, Tramp administrasiyasını və onun xarici siyasətini rişxəndlə qarşılayır. Və eyni zamanda onu ələ salır, məsxərəyə qoyur. Bu o deməkdir ki, indiki administrasiya onun maraqlarına uyğun siyasət yeritmir. Tramp administrasiyasının Azərbaycanla münasibətləri çox yaxşıdır. Trampın cənab ilham Əliyevə göndərdiyi son məktubda da bunu görmək mümkündür. Azərbaycan Prezidentinin Trampın seçilməsinin ABŞ-Azərbaycan münasibətlərinin inkişafına gətirib-çıxaracağına əminliyini ifadə etməsi fonunda məsələlərə qiymət versək, prespektivdə Sevinc Osmanqızının elə məhz Tramp tərəfindən Azərbaycana təhvil verilməsi baş tuta bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri