Icma.az
close
up
RU
Sevinc və xoşbəxtlik çatışmazlığı insanları şirniyyata meyil edir Dietoloqdan çox vacib MƏSLƏHƏTLƏR

Sevinc və xoşbəxtlik çatışmazlığı insanları şirniyyata meyil edir Dietoloqdan çox vacib MƏSLƏHƏTLƏR

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Şəkər, həyatımızın ayrılmaz bir hissəsi olmuş olsa da, çoxlarımızın ondan asılılıq problemi yaşadığını görürük. Bəzən günün stresini və yorğunluğunu bir parça şirniyyatla unutmağa çalışırıq, bəzən də sadəcə təbii olaraq bu cür qidalar bizə cazibədar gəlir. Lakin şəkər istehlakının artması təkcə kilo artımına deyil, həm də orqanizmimizdə bir çox sağlamlıq problemlərinə yol açır.

Bəs şəkərdən asılılığı necə dayandırmaq olar?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında dietoloq Azaya Musayeva bildirdi ki, şəkəri kəsməyin universal bir qaydası yoxdur:

"Bəzi insanlar üçün birdən-birə şəkərdən imtina etmək asandır, digərləri üçün isə tədricən azaltmaq daha rahat olur. Bu həm də psixoloji bir məsələdir, çünki bəzi insanlarda qadağa əks təsir göstərərək daha çox şəkər istəyi yaradır. Şirniyyata olan istəyin arxasında çox vaxt fizioloji səbəblər dayanır. Məsələn, insulin rezistentliyi, maqnezium və ya xrom çatışmazlığı, anemiya, qalxanabənzər vəz problemləri, yuxu pozğunluğu və ya Candida kimi göbələk disbakteriozu bu istəyin səbəbi ola bilər".

Dietoloq qeyd etdi ki, şəkəri sadəcə "iradə gücü" ilə kəsmək yerinə, şirniyyata olan meyilin səbəbini tapıb aradan qaldırmaq daha doğru olardı:

"Bu yanaşma, şəkəri kəsmək prosesini asanlaşdırır və nəticə daha davamlı olur. Psixoloji tərəfdən isə şirniyyata olan istək çox vaxt emosional aclıqdan yaranır. Sevinc və xoşbəxtliyin çatışmazlığı, stres, yorğunluq, uşaqlıqda formalaşmış "şirniyyat = mükafat" assosiasiyası və ya sadəcə boşluq hissini doldurma ehtiyacı şirniyyata meyil etməyə səbəb ola bilər. Mən öz yanaşmamda, ilk növbədə bu istəyin emosional aclıqdanmı, yoxsa fizioloji səbəblərdənmi qaynaqlandığını araşdırıram. Əgər problem fizioloji səbəblərdən qaynaqlanırsa, doğru qidalanma ilə müalicə edirəm. Əgər psixoloji bir məsələdirsə, qidalanma ilə yanaşı NLP (Nevro-Linqvistik Proqramlaşdırma) praktikalarından da istifadə edirəm ki, insan içində daxili dayaq və xoşbəxtlik tapsın. Buna paralel olaraq, həm psixoloji tərəfi balanslaşdırırıq, həm də şəkərin orqanizmdə yaratdığı fəsadları aradan qaldırırıq. Bu yolla insanın həm fiziki, həm də ruhi sağlamlığını gücləndiririk".

Müsahibimiz əlavə etdi ki, şəkərə olan asılılığı azaltmaq üçün müəyyən qidalar faydalıdır:

"Məsələn, proteinlə zəngin qidalar, yumurta, balıq, toyuq və paxlalılar uzun müddət toxluq hissi yaradır və şəkərin sürətlə yüksəlməsinin qarşısını alır. Lifli qidalar, tərəvəzlər, yulaf, çia və kətan toxumu şəkərin səviyyəsini stabil saxlayır. Sağlam yağlar – məsələn, avokado, zeytun yağı, qoz və badam şirniyyat istəklərini azaldır. Acılı və turş dadlar da, məsələn, limonlu su, zəncəfil çayı, darçın beyinin şirniyyata ehtiyac siqnalını zəiflədir. Həmçinin, maqneziumla zəngin qidalar, məsələn, balqabaq tumu və ispanaq, bu cür asılılığın qarşısını alır.

Peşəkar dəstəyə müraciət etmədən əvvəl insanın evdə özünüdərk və fərqindəlik inkişaf etdirməsi çox önəmlidir. İlk növbədə, düşünmək lazımdır: şirniyyat istəyi darıxanda, kədərlənəndə və ya boşluq hissi olduqda ortaya çıxırmı? Əgər belədirsə, evdə özünə kömək olaraq yoga etmək və duyğularını izləmək faydalı ola bilər. Əgər insan başa düşürsə ki, bu yalnız emosional aclıq deyil, onda fizioloji səbəblər də ola bilər. Bu halda analizlər vermək vacibdir. Fərqindəlik, yəni bir məsələnin niyə baş verdiyini anlamaq, problemi həll etməyin 50%-ini təşkil edir", - deyə Azaya Musayeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri