Icma.az
close
up
RU
“Sevinirəm ki, ondan revanş ala bildim” Avropa çempionumuz

“Sevinirəm ki, ondan revanş ala bildim” Avropa çempionumuz

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Albaniyanın paytaxtı Tiranada komanda hesabında Avropa çempionu olan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılanma mərasimi keçirilib.

Baş məşqçi Xetaq Qazyumov uğurlardan danışıb: “Komandamızın hesabında Avropa çempionu olduğumuz üçün çox xoşbəxt və qürurluyuq. Çempionluğumuz komanda olaraq birgə işləməyimizin nəticəsidir. Bizə daima qayğı göstərən Azərbaycan Güləş Federasiyasına, Milli Olimpiya Komitəsinə, eləcə də bizi dəstəkləyən, bizim üçün dua edən və bizim üçün həyəcan keçirən hər kəsə öz minnətdarlığımı bildirirəm. Bu qələbə münasibətilə məşqçiləri, idmançıları və həkim heyətini təbrik edirəm. Təbii ki, bu uğurla kifayətlənməyəcəyik. Hər birinin əməyi və zəhməti böyükdür. İndi bir az istirahət edəcəyik. Ondan sonra isə dünya çempionatının hazırlığına start verəcəyik. Növbəti qələbələrlə azarkeşlərin etimadını doğrultmağa çalışacağıq”.

Avropa çempionu İslam Bazarqanov da qızıl medalı barədə fikirlərini bildirib: “Avropa çempionatı olduğum üçün çox xoşbəxtəm. İki dəfə bürünc medal qazanmışdım. Allah şükür ki, bu dəfə medalın əyarını qızıla çevirə bildim. Rəqibim güclü idi. Sevinirəm ki, dünya çempionatındakı məğlubiyyətin revanşını ondan ala bildim. Ən çətin görüşüm finalda oldu. 8:0 öndə idim. Rəqib tempi artıraraq fərqi azaltdı. Arxayınlaşmaq olmazdı”.

Birinci pillənin sahibi Ali Tsokayev qitə çempionatındakı uğuru barədə bunları deyib: “Bu, böyüklərin Avropa çempionatında ilk çıxışım idi. Çox sevinirəm ki, debütümdə qızıl medal qazandım. Bu uğurumda Azərbaycan Güləş Federasiyasının rolu böyükdür. Ona görə də qələbəmi federasiyamıza və qələbəmə sevinən azarkeşlərə həsr edirəm. Dünya çempionatından da qızıl medal gözləyirəm. Bunun üçün məşqçilərimizin dəstəyilə öz üzərimdə çox çalışacağam”.

Qızıl medal sahibi Giorgi Meşvildişvili də fikirlərini bölüşüb: “Titulumu qorudum. Bu qələbə münasibətilə Azərbaycana, Azərbaycan Güləş Federasiyasına və məşqçi heyətinə öz minnətdarlığımı bildirirəm. Nə qədər ki, karyeramı davam etdirəcəyəm, hər zaman Azərbayacan güləşinə fayda verməyə çalışacağam”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri