Icma.az
close
up
RU
Şəxsi və ictimai inkişafa xidmət edən müsabiqə Yüksəliş

Şəxsi və ictimai inkişafa xidmət edən müsabiqə Yüksəliş

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Builki V "Yüksəliş" müsabiqəsində iştirak etmək üçün ümumilikdə 16 min 553 nəfər qeydiyyatdan keçib. Fevralın 28-də start götürən beşinci "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi aprelin 10-da başa çatıb. Qeydiyyatdan keçən iştirakçıların 11 min 923-ü kişi, 4630-u isə qadındır.

"Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin sözlərinə görə, V "Yüksəliş" müsabiqəsində qeydiyyatdan keçən 16 min 553 nəfərdən 78-nin müraciəti yaş və ali təhsil meyarlarına uyğun gəlmədiyi üçün İşçi Qrupu tərəfindən məlumatları yoxlanılarkən ləğv edilib: "Bu il müsabiqəyə 9976 nəfər təkrar müraciət edib. Həmin şəxslər ötən illərdə keçirilən müsabiqədə də iştirak ediblər. İlk dəfə müraciət edən namizədlərin sayı isə 6577 nəfərdir. Namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət edib. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaş arası müəyyənləşdirilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56,48 faizi dövlət sektorunda, 41,05 faizi özəl sektorda, 1,49 faizi qeyri-hökumət təşkilatlarında (QHT), 0,98 faizi isə beynəlxalq qurumlarda çalışır".

F.Hacıyev vurğulayıb ki, qeydiyyatdan keçən şəxslərdən bakalavariat üzrə 15 min 601 nəfəri Azərbaycanda təhsil alanlardır: "Onlardan 713 nəfər xarici ölkələrdə, 239 nəfər isə hər ikisində təhsil alır. Bununla yanaşı, magistratura üzrə Azərbaycanda 7016 nəfər, xaricdə 1205, hər ikisində isə 391 nəfər təhsil alır".

İşçi Qrupun rəhbəri qeyd edib ki, bu il doktoranturada təhsil alan iştirakçıların sayında artım var: "Müraciət edən şəxslərdən 921-i Azərbaycanda, 213-ü xarici ölkələrdə, 9 nəfər isə hər ikisində doktoranturada oxuyur".

"Yüksəliş" müsabiqəsi ölkədə yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsi hesab edilir. "Yüksəliş" - istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Bu müsabiqə iştirakçılara kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazandırır. Bu müsabiqə peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq fürsətdir. "Yüksəliş" - ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

"Yüksəliş"in Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin dediyinə görə, bu müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edir. "Yüksəliş" müsabiqəsi karyera pilləsində yüksəlmək istəyən, istedadlı, özünə güvənən gənclər üçün bir şansdır.

DİM Direktorlar Şurasının sədri təhsil, karyera imkanlarına görə ölkədə gender bərabərliyinin mövcud olması, qanunlarımızda da bu məsələ ilə bağlı məhdudiyyətlərin olmadığını bildirib. Bəzən reallıqda bu qaydalara riayət edilmədiyini, qadınlarımızın karyera pillərində çətinliklərlə, qeyri-sağlam rəqabətlə üzləşdiklərini, bu tendensiyanın nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada hökm sürdüyünü vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbovun sözlərinə görə, "Yüksəliş" müsabiqəsinin əsas məqsədi potensiallı kadrların aşkarlanması, dəstəklənməsidir: "Müsabiqə bir neçə mərhələdən ibarətdir. Bu mərhələlər həm maraqlı, həm də həyəcanvericidir. Bütün bu amillər bizim iştirakçılara idarəetmə alətləri, yeni biliklər, yeni əlaqələr qazandırır. Bütün bunlar gözəl fürsətdir. "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə yaradılıb. Bu baxımdan, idarəçi rəhbər şəxslərə, liderlərə xas xüsusiyyətlərin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Nəticəyə yönəlmə, kommunikasiya, işin icra edilməsi, komanda işi, sosial məsuliyyət, innovativ yanaşma kimi liderlik xüsusiyyətləri qiymətləndirilir. Eyni zamanda, ümumi dünyagörüşü, məntiq, riyazi təhlil, sürətli düşünmə, büdcənin idarə edilməsi, sosial intellekt, layihələrin idarə edilməsi kimi bilik və bacarıqlara da önəm verilir. Öncəliklə, gənclər təhsillərinə diqqətlə yanaşmalı və bununla yanaşı, mütaliəyə və şəxsi inkişafa - dil biliklərinin artırılması, müxtəlif proqram və kurslar vasitəsi ilə əlavə biliklərin əldə olunması və s. xüsusi önəm verməlidirlər. Məqsədlərinə doğru əmin addımlarla irəliləməli və ruhdan düşməməlidirlər. Bununla yanaşı, onlar sevdikləri və faydalı olduqları sahədə çalışmalı, öz karyeralarını həmin sahədə qurmalıdırlar. İşin və karyeranın yalnız şəxsi təminat, fərdi yüksəliş üçün deyil, eyni zamanda, cəmiyyət və ölkəyə faydalı olmaq üçün qazanıldığını anlamalıdırlar. Müsabiqənin hər bir mərhələsi müxtəlif bilik və bacarıqların ölçülməsinə yönəlib. Hər bir mərhələdən sonra siz yüksək və aşağı nəticə göstərdiyiniz istiqamətləri görə bilirsiniz və özünüzü hansı istiqamətdə inkişaf etdirəcəyinizi öyrənirsiniz. Bu müsabiqə həm də yeni tanışlıqlar qazanmaq, öyrənmək və öyrətmək üçün çox yaxşı platformadır".

Energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsinin ölkədə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir "Yüksəliş" müsabiqəsinin milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətlə yanaşan, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi istiqamətində ümidləri doğruldacağına əmin olduğunu vurğulayıb.

"Yüksəliş" müsabiqəsi əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addımdır. Bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq. "Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Üçüncü "Yüksəliş"in qalibi Ülviyyə Mehralıyeva deyir ki, bu müsabiqə həyat albomumun ən parlaq səhifələrindəndir: "Müsabiqə boyu keçirdiyim hisslər, yaşadığım təcrübələr və əldə etdiyim yeni tanışlıqlar mənim üçün əvəzolunmazdır. Öz bilik və bacarıqlarıma yenidən nəzər salmaqla, idarəçilik sahəsində özümü sınamaqla müsabiqə mənim üçün bir növ özünüqiymətləndirmə imkanı idi. Komandalarda müxtəlif keyslər üzrə işləyərkən əyani şəkildə münaqişə hallarının idarə edilməsi, stress altında çevik qərarvermə və dəyişikliklərin idarə olunması kimi bacarıqların idarəçi bir şəxs üçün necə vacib bir xüsusiyyət olduğunu daha aydın anlayırsan. Düşünürəm ki, mən bu sahələrdə uğurlu nəticələr göstərdim və bu da müsabiqənin mənə aşıladığı ən vacib dəyərlərdən biri olub. Çalışdığım maliyyə idarəetməsi - daşınmaz əmlak investisiyaları sahəsində lazımi qədər təcrübə topladığımı və idarəetmə bacarıqlarımı müəyyən səviyyədə inkişaf etdirdiyimi düşünürəm. Hazırda Dövlət Neft Fondunun əməkdaşı kimi səlahiyyətlərim çərçivəsində dövlətimiz üçün maksimum faydalı olmağa səy göstərirəm. İşimdə hər hansı dəyişiklik haqqında danışmaq isə, düşünürəm ki, hələ tezdir. "Yüksəliş" müsabiqəsinin heç bir mərhələsinə əvvəlcədən hazırlaşmamışam. Xüsusilə final və yarımfinal mərhələləri o qədər yaxşı təşkil edilib ki, orda hər hansı süni bir hərəkət qiymətləndiricilər tərəfindən asanlıqla fərqləndirilirdi. Ona görə mən potensial iştirakçılara müsabiqə boyu qətiyyətli və pozitiv olmağı, təbii və peşəkar oyun göstərmələrini tövsiyə edərdim".

Ü.Mehralıyevanın fikrincə, müsabiqə müddətində ən maraqlı mərhələlər yarımfinal və finaldır: "Sözügedən mərhələlərdə iştirakçılar müxtəlif komandalarda oynayaraq çoxsaylı keysləri həll etməyə çalışırlar. Qiymətləndiricilər isə müsabiqənin səkkiz meyarı üzrə iştirakçıları qiymətləndirirdi. Bu meyarlar strateji düşünmə, effektivliyin idarə olunması, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə olunması, sosial məsuliyyət, liderlikdir. Yarımfinal və final mərhələləri həyəcanlı və bir çox hallarda gərgin keçirdi. Bu da öz növbəsində çoxlu enerji və qətiyyət tələb edirdi. Xüsusilə final mərhələsi məndə həm emosional, həm də təcrübə baxımından əvəzolunmaz bir iz buraxıb. "Yüksəliş" müsabiqəsinin hər bir mərhələsi çətindir. Bu həm sualların çətinlik səviyyəsi, həm də iştirakçıların kifayət qədər güclü olması ilə əlaqədardır. Sözsüz ki, müsabiqənin kulminasiyası final mərhələsidir. Xatırlayıram ki, bu mərhələdə, xüsusilə mentor keysində çox həyəcanlı idim. Ancaq mənə ən çətin gələn mərhələ "İdarəetmə bacarıqları" imtahanı olub. Həyatımda buna bənzər bir imtahan verməmişdim. Düşünürəm ki, bütün mərhələlərdə mənə yüksək konsentrasiya qabiliyyətim, güclü xarakterim və qətiyyətim kömək edib. Yarımfinal və final mərhələlərində isə insanlarla ünsiyyət və kommunikasiya, həmçinin hadisələri düzgün dəyərləndirmə qabiliyyətim məni digər iştirakçılardan fərqləndirən xüsusiyyətlər olub".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri