Şəxsiyyət vəsiqənin dəyişdirilməsi hallarına yaşayış yerinin dəyişməsi əlavə edilir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 iyul, AZƏRTAC
Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunlarının tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyulun 14-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənəddə şəxsiyyət vəsiqəsində olan məlumatların dairəsində dəyişiklik edilməsi təklif olunub. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bundan başqa, qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















