Icma.az
close
up
RU
Seyran Səxavətdən Ramiz Mehdiyevə sərt ismarış: “Nizaməddin kimi zülüm çəksin”

Seyran Səxavətdən Ramiz Mehdiyevə sərt ismarış: “Nizaməddin kimi zülüm çəksin”

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Heyif Nizaməddin Şəmsizadədən. Ölümü çox ağır xəbər oldu mənimçün. Nizaməddin Şəmsizadə Azərbaycanda barmaqla sayılacaq alimlərdən biri idi ki, qatığın rəngini dəqiq bilirdi. Bilməklə də kifayətlənmirdi, deyirdi və dediyi sözün arxasında da dayanırdı. Təxminən 50 il olardı onu tanıyırdım, Qubada kəndlərində də olmuşam, isti münasibətimiz var idi. Ömrünün sonunda yaşadığı günlər Nizaməddinə layiq deyildi, gərək, belə olmayaydı”.

Bunu Bakupost.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.

S.Səxavət Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin N.Şəmsizadəyə və onun kimi yüzlərlə ziyalıya çox böyük pilsiklər etdiyini bildirib:

“Adını belə dilimə gətirmək istəmədiyim nakəs (Ramiz Mehdiyev - müxbir) ona çox böyük pislik elədi. Eynən mənə də pislik etməyə cəhd eləmişdi. Yusif Səmədoğlu olmasaydı, məni lap məhv edərdi.“Ocaq daşı” povestimdə o vaxt Ordubaddan gəlib Füzulidə birinci katib işləyən, əmimlə, atamla dost olan Kazımovun obrazını yaratmışdım. Çox yaxşı kişiydi, Füzulidə yaddaqalan işlər görmüşdü. Qadir Abbasov adlı bir cavan oğlan günlərin birində birinci katibin qəbuluna gedir, deyir ki, “yoldaş Kazımov, poçtda poçtalyon yeri boşdur, rəis məni götürmür, xahiş edirəm tapşırın, məni ora işə götürsünlər”. Birinci katibi də deyir ki, orada yer yoxdur. Qadir Abbasov deyir ki, var. Katib bir də təkrarlayır ki, “a bala, mən bilmirəmmi yer var, yoxsa yoxdur?!” Qadir Abbasov yenə deyir ki, yer var. Birinci katib Qadiri otaqdan çıxarır ki, “zəhmətkeşlərin qəbulunu pozma”. Qadir qapıdan çıxa-çıxda bir addım geri qayıdıb deyir ki, “yoldaş Kazımov, olar sizdən bir söz soruşum? Nətəhər olur, siz Ordubaddan qaça-qaça gəlib bizim rayonda birinci katib işləyə bilirsiz, mən öz rayonumda poçtalyon işləyə bilmirəm?” Qadir bu sözü deyib çıxmaq istəyəndə Kazımov onu geri çağırır, poçtun müdirinə zəng edib tapşırır ki, onu işə götürsün.


Yusif Səmədoğlu

Bunu povestimdə yazmağım guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi. Həmin vaxt “Ulduz” jurnalında şöbə müdiri idim, Yusif Səmədoğlu da baş redaktor. Ramiz Mehdiyev Yusifə zəng eləmişdi ki, “Seyranı qov oradan, onun orada işləməyi məsləhət deyil”. Yusif də Səmədin oğluydu, kişi oğlu kişiydi, məsələnin mahiyyətini öyrənəndən sonra sinəsini qabağa verib məni qorumuşdu, demişdi ki, “Seyran çıxırsa, mən də ərizəmi yazacam”.

Seyran Səxavət sonda Ramiz Mehdiyevə ismarış da göndərib: “Allah mənim Nizaməddin qardaşıma rəhmət eləsin. Nizaməddin kimi, mənim kimi yüzlərlə, minlərlə adama pislik edən, ev yıxan, qan tökən o nakəsə isə uzun ömür versin. Qoy zülüm çəksin, görsün ki, dünyada insanları incitmək elə Allahı incitmək deməkdir”.

Xatırladaq ki, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bu gün vəfat edib. Uzun illər yüksək şəkərdən əziyyət çəkən professor ötən aydan bəri komada idi.

Rumiyyə Miraslan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri