Icma.az
close
up
RU
Şeytana çevrilən mələyin adı nə idi?

Şeytana çevrilən mələyin adı nə idi?

Icma.az, Lent az saytına istinadən bildirir.

Mələklərin şeytana çevrilməsi mövzusu müxtəlif dinlərdə və mifologiyalarda fərqli şəkildə izah edilir. Bu barədə ən qədim mənbələr arasında “Enokun kitabı”nda, Bibliyada, xristian və islam qaynaqlarında məlumatlar yer alır. Bizə məlum olan ən qədim peyğəmbərlərdən biri, kral Enokun kitabında “düşmüş mələklər” insan övladı olan qızlara aşiq olub onlarla evlənərək yer üzündə yaşayan mələklərə deyilir. “Enokun kitabı”nda “düşmüş mələklər”in hekayəsi daha geniş təsvir edilib.

Bibliyada Tanrıya itaətdən boyun qaçıran Dennitsa adlı mələyin cənnətdən qovulduğu qeyd olunur. Dini rəvayətə görə Dennitsa bilgili bir mələk olur və tanrılıq iddiasına düşür. O, bir neçə mələklə təkəbbür göstərərək öz Tanrısına üsyan edir. Tanrının qəzəbinə gələn həmin mələklər cənnətdən qovulurlar, beləliklə Dennitsa  Şeytana çevrilir. Üsyan edən mələklərin "düşmüş mələklər" adlandırılması onların göylərdən yerə və ya cəhənnəmə düşməsi ilə əlaqələndirilir.

Bəzi dinlərə görə “düşmüş mələklər” Şeytanın rəhbərliyi altında insanları yoldan çıxarmağa çalışırlar. Dini və mifoloji sistemlərdə Şeytanın mənşəyi və təbiəti haqqında müxtəlif fikirlər səsləndirilir. Bəzi mənbələrdə Şeytan Tanrıya itaət etməkdən boyun qaçırdan və buna görə cəzalandırılan bir mələk kimi təsvir olunur. Digər mənbələrdə, məsələn, yəhudilərin “Talmud”unda isə Şeytan insanlara sınaq üçün göndərilən varlıq kimi təqdim edilir. Ümumilikdə, Şeytan obrazının ən qədim kökləri Zərdüştilik dinindəki Əhrimənə qədər gedib çıxır. Əhrimən Zərdüştilikdə şər qüvvənin təmsilçisi, xaos və yalan Tanrısı kimi təsvir olunur. O, həmçinin işıq və xeyirxahlıq Tanrısı olan Ahura Mazdaya qarşı mübarizə aparır. Əhrimən obrazı yəhudi dininə də təsir edərək  iudaizmdə Şeytan obrazının formalaşmasına səbəb olub. Yəhudi Bibliyasında Şeytan ilk dəfə "ha-Satan" (rəqib, ittihamçı) adı ilə xatırlanır və Tanrının sadiq bəndələrini sınağa çəkən fövqəltəbii varlıq kimi təsvir olunur. Lakin xristianlıqdan və islamdan fərqli olaraq, “yəhudilərin şeytanı” insanları sınağa çəkməyi Tanrının tapşırığı əsasında həyata keçirir. Yəni, “yəhudilərin şeytanı” bir növ, Tanrının xidmətçisidir.

Xristianlıqda isə Şeytan “İblis” adı ilə tanınır və Tanrıya qarşı üsyan edən, insanları yoldan çıxaran varlıq hesab edilir. Xristian teologiyasında Şeytan günahın, şərin və qaranlığın simvolu kimi qəbul edilir. İslam dinində də  Şeytan “İblis” adı ilə tanınır və Tanrının əmrinə itaət etməyən, Adəmi və Həvvanı yoldan çıxaran varlıq kimi təsvir olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:352
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Fevral 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri