“Cavab vermə!” İnsanlığın yadplanetlilərlə ünsiyyət qaydaları dəyişdi
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Yadplanetlilərlə mümkün təmas halında insanlığın davranış protokolu yenilənib. Əvvəlcə 1989-cu ildə hazırlanan və dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilən bu sənəd üzərində son dəyişikliklər 2022-ci ildən bəri aparılırdı.
Turkustan.az xəbər verir ki, Nəticədə alimlər və beynəlxalq təşkilatlar yeni “təmas etikası”nı təsdiqləyiblər.
Yeni qaydalara əsasən, insanlıq artıq yadplanetlilərdən gələn siqnalı dərhal cavablandırmamalıdır. BMT səviyyəsində xüsusi müzakirə aparılmadan heç bir cavab göndərilməyəcək.
Eyni zamanda:
Yadplanetlilərlə bağlı məlumatı ictimaiyyətə açıqlayan alimlər onlayn təzyiqlərdən qorunacaq;
SETI (yadplanetli ağılın axtarışı) layihələrində iştirak edən tədqiqatçılar hesabatlarını açıq platformalarda təqdim etməlidirlər, lakin təmas faktı rəsmi təsdiqlənənədək bəzi detalları gizli saxlamaq hüququna malikdirlər;
Yadplanetli sivilizasiyalarla bağlı bütün elmi sübutlar ən azı iki fərqli qitədə yerləşən etibarlı mərkəzlərdə saxlanılacaq.
Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər “yadplanetli siqnalına tələsik cavab verməyin bəşəriyyət üçün təhlükə yarada biləcəyi” ehtimalından irəli gəlir.
Yeni protokolun əsas şüarı isə qısadır: “Əvvəl düşün, sonra cavab ver — ya da heç vermə!” /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















