Icma.az
close
up
RU
Şeyx Əbdül: “Yeyintini edən Əli İsa və komandasıdır”

Şeyx Əbdül: “Yeyintini edən Əli İsa və komandasıdır”

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Görünən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) deyil, 3-5 nəfər qondarma təşkilatıdır, bir araya gələrək kinonun adını batırırlar”.

Bunu “Yeni Sabah”a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

O, iyunun 30-a təyin olunmuş AKİ İdarə Heyətinin iclasına qatılmayanlardan biridir. Dominos pizza

“May ayında konfrans keçirdilər. Özləri üçün sədr seçdilər. Nə kvorum yığa bildilər, nə də Ədliyyə Nazirliyi dəyişikliyi qəbul etdi. Dövlətlə dövlətçilik etməyə çalışırlar?! Yenə müxalifət ab-havasına giriblər! Bu, qeyri-legitim bir təşkilatdır. Seçkinin nəticələrini də Ədliyyə Nazirliyi ləğv edib. Hesablama Palatası isə Aki-də ciddi qanun pozuntuları aşkar edib. Sənədləri də prokurorluğa təqdim ediblər.

Bu qədər cinayət əməli olan bir təşkilatın üzvləri həyasızlıq edib, biabır olmaq istəyirlər. Kinodan əl çəksinlər! 99 faizinin kinodan xəbəri yoxdur. Bank hesablarına qədər bağlanıb. Çünki yeyinti aşkar olunub. Gələn həftə prokurorluğun istintaqı başlayacaq. Çoxsaylı faktlar var. 21 bəndlik cinayət əməlləri aşkar edilib”.

Xalq artisti AKİ katibi Əli İsa Cabbarov və komandasını ittiham edib:

“Rasim Balayev sağ olanda möhürü də, səlahiyyəti də Əli İsa adlı bir subyektə verib. O da yığıb bunları başına, nələr ediblər, Allah bilir. Təşkilatda yeyintini edən də Əli İsa və komandasıdır.

Yaşlı nəsil də gəncləri sıxışdırmır. Suya düşən saman çöpündən yapışır. Görürlər ki, əməlləri ifşa olunur, gic-gic danışırlar. AKİ-nin bağlanması məsələsi də  cəfəngiyatdan başqa bir şey deyil. Nə danışdıqlarını bilmirlər”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməməsidir.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see330

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see310

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see291

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see286

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see239

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see210

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see207

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see204

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see204

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see203

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see201

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see201

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see199

DGK nazirə məxsus olduğu bildirilən şirkətdən 119 minlik baytarlıq avadanlığı alır

23 Sentyabr 2026 16:32see196

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see196

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see195

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see182

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see176

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see174

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri