Icma.az
close
up
RU
Şeyxin QMİ ni Vatikana “köçürmək” niyyəti

Şeyxin QMİ ni Vatikana “köçürmək” niyyəti

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın siyasi və dini mərkəzində nümayəndəliyin açılmasının hansı faydaları ola bilər? 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 27-də Vatikana səfər edib. Səfər Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan Nostra Aetatın 60-cı ildönümü münasibətilə təntənəli tədbirlərə dəvət əsasında baş tutur. Şeyxülislam dinlərarası dialoq mövzusunda silsilə tədbirlərdə iştirak edib. “Yeni Müsavat” onu da bildirir ki, Şeyxülislam İslam dünyasından Vatikana rəsmi dəvət alan məhdud sayda din xadimləri siyahısındadır. 

Səfər çərçivəsində QMİ sədri Paşazadənin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.

Məlumdur ki, Vatikan bu gün həm dini, həm də siyasi mərkəzdir. Azərbaycan Vatikanın yeni rəhbəri ilə münasibətlərin qurulmasında maraqlıdır. Azərbaycanın birinci vitse-prezidentinin Vatikana son səfəri də buna sübutdur.   

Yeri gəlmişkən, Allahşükür Paşazadə bundan əvvəlki Roma Papasının dövründə Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyinin yaradılmasını təklif etmişdi. QMİ sədri bildirmişdi ki, bu, ənənəvi əlaqələrin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir. QMİ-nin Vatikanda nümayəndəliyinin yaradılmasının bir sıra strateji üstünlükləri ola bilər. Bu nümayəndəlik bir tərəfdən dinlərarası əməkdaşlığın rəmzi kimi çıxış edəcəksə, digər tərəfdən də milli maraqların təbliğində effektiv bir vasitə ola bilər. İlk növbədə, bu nümayəndəlik vasitəsilə Azərbaycanın tolerant və dünyəvi modeli dünya ictimaiyyətinə daha aydın şəkildə təqdim oluna bilər. Xüsusilə Avropada artan İslamofobiya fonunda Azərbaycan modelinin tanıdılması İslam dünyası ilə Qərb arasında qarşılıqlı anlaşmanın inkişafına təkan verə bilər. Şeyxülislam Allahşükür Paşazadənin bu təşəbbüsü təşkilati baxımdan əlaqələrin dərinləşdirilməsi yönündə mühüm addım ola bilərdi. 

Vatikanda QMİ-nin nümayəndəliyinin açılmasının təbliğat baxımından nə kimi faydaları ola bilər? 

Ceyhun Məmmədov

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, səfərin nəticələrindən əvvəl fikir bildirmək çətindir: “Hər halda, səfərdən sonra nəticələri haqda məlumat veriləcək. Qafqaz Müsəlmanları İdarəsinin ayrı-ayrı dövlətlərdə zaman-zaman nümayəndəlikləri olub. Belə bir nümayəndəliyin açılması nəzərdən keçirilib. Bunun faydası Azərbaycan-Vatikan əlaqələrinin daha da inkişafı və möhkəmlənməsi ola bilər”. 

Deputat xatırlatdı ki, bir müddət əvvəl Mehriban Əliyeva Vatikana səfər etdi, mühüm görüşlər keçirdi, müzakirələr apardı: “Eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə orada bərpa-quruculuq işləri həyata keçirilir. Bu mənada Qafqaz Müsəlmanları İdarəsinin orada nümayəndəliyin açılması da əlaqələrin güclənməsinə töhfə verə bilər. Ancaq bütün nəticələr, dediyim kimi, səfərdən sonra aydınlaşacaq”.

Elxan Mirzəyev

VHP sədrinin müavini, professor Elxan Mirzəyev isə qeyd etdi ki, Azərbaycan dünyada multikultural və dini tolerantlığın olduğu ölkə kimi tanınır: “Vatikan və dünyanın digər mühüm mərkəzləri ölkəmizdə heç bir dini ayrı-seçkilik olmadığını bilirlər. Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər bir yerdə yaşayırlar, hər hansı diskriminasiya yoxdur. Bu baxımdan Azərbaycana böyük dəyər verilir. Bunu hər ölkə bacarmır. Vatikanın da Azərbaycana verdiyi qiymət ilk növbədə dini tolerantlığı qoruyub saxlamağımızdan irəli gəlir. Həmçinin münasibətlər həmişə yüksək olub. Bununla belə, Vatikanda zaman-zaman erməni təəssübkeşliyi də vurğulanmalıdır. Hətta bəzi konfranslar təşkil olunub, bəyanatlar səslənib. Xüsusən də ermənilərin Qarabağdan köçü məsələsində təbliğat aparıblar. Düşünürəm ki, Vatikanla bu yöndə danışıqları artırmaq lazımdır”.

Professorun fikrincə, QMİ-nin Vatikanda nümayəndəlik açmaq istəyi çoxdan var və bir neçə il əvvəl Paşazadə özü bu barədə söyləyib: “Amma nədənsə nümayəndəliyin açılması mümkün olmayıb. Burada hansı siyasi və dini səbəblərin olduğunu deyə bilmərəm, sadəcə, indi münasibətlər daha yüksək səviyyədədir. Ən əsası Mehriban xanımın Vatikana səfəri əlaqələrin dərinləşməsində olduqca böyük təsir payına malikdir. Bundan başqa, Vatikanın yeni Papası amerikalıdır. Azərbaycan-ABŞ əlaqələrinin hazırkı vəziyyəti onun da bizə baxışına təsir göstərə bilər”.

Qeyd edək ki, Vatikanla Azərbaycan arasında əlaqələrin 30 ildən artıq müddətə söykənən tarixi var. Vatikan 1992-ci ilin may ayında Azərbaycanın müstəqilliyini tanıyandan sonra Müqəddəs Taxt-Tacla münasibətlər yüksələn xətt üzrə inkişaf edib.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005, 2015, 2020-ci illərdə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb. 

QMİ-nin Vatikanla ilk təmasları isə 1990-cı ilə gedib çıxır. Sovet ordusunun 20 yanvarda Bakıda törətdiyi qanlı qırğın, dinc sakinlərin kütləvi qətli bütün dünyada ciddi rezonans verdi. Bu cinayətin dünyadan gizlədilməsinə çalışan sovet rəhbərliyinin cəhdləri baş tutmadı.

Qanlı qırğından bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığı ilə İtaliyanın məşhur "Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro Şeyxülislam Allahşükür Paşazadəyə zəng vuraraq qanlı qırğın barədə ilk məlumatları dünyaya çatdırdı. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.

Müstəqillik qazandıqdan sonra QMİ ilə Vatikan arasında münasibətlər yeni mərhələyə daxil oldu. 2004-cü ildə Şeyxülislam Roma Papası II İohann Pavelin dəvəti ilə Vatikana səfər etdi. Roma Papası ilə görüş zamanı bir sıra məsələləri müzakirə olunmuşdu.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri