Icma.az
close
up
RU
Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir

Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

QMİ-nin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatında səfərdə olan QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 2-də Solt-Leyk-Siti şəhərində Prezident Dallin Oks başda olmaqla İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbərliyi ilə görüşdü.

Səmimi salamlamadan sonra Dallin Oks sözü Şeyxülislama verdi.

QMİ sədri dəvət üçün təşəkkür etdi, ilk növbədə, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının, ölkəmizin birinci xanımın Mehriban Əliyevanın və Azərbaycan xalqının salamlarını və xoş arzularını çatdırdı. Şeyxülislam A. Paşazadə Kilsənin rəhbəri prezident Rassel Nelsonun vəfatı ilə bağlı dərin hüznlə başsağlıqlarını dilədi, daha sonra Kilsənin yeni prezidenti Dallin Oksu təbrik etdi. QMİ sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icmasının Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olması ilə əlaqədar təbriklərini kilsə rəhbərliyinə çatdırdı. ABŞ-Azərbaycan arasında yüksələn xətlə inkişaf edən əlaqələri yüksək qiymətləndirən Şeyxülislam A.Paşazadə bu tərəqqidə hər iki ölkə prezidentlərinin rolunu qeyd etdi.

Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndirən Şeyxülislam A. Paşazadə 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ Prezidenti Donald Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq olduqca yüksək qiymətləndirdi. QMİ sədri Vaşinqton Sülh Zirvəsinin baş tutmasında Prezident Donald Trampın roluna görə təşəkkürlərini ifadə etdi.

Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələrinin olduqca dəyərli olduğunu vurğulayan QMİ sədri A.Paşazadə qarşılıqlı səfərlərin, birgə tədbir və müştərək layihələrin mənəvi əhəmiyyət kəsb edib, xalqlarımızın mənafeyinə xidmət etdiyini qeyd etdi. Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirdi.

Şeyxülislam A. Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Prezidenti Dallin Oksu Azərbaycana dəvət etdi. Prezident D. Oks, öz növbəsində, Şeyxülislamın Yuta ziyarətini kilsələri üçün əlamətdar hadisə olaraq dəyərləndirdi, bundan böyük şərəf duyduqlarını ifadə etdi. O bildirdi ki, İslam və müsəlmanlarla əlaqələrin inkişafı rəhbərlik etdiyi kilsə üçün əsas prioritetlərdəndir. Kilsələrinə İslam dünyasında dəyərli dəstək münasibətinə görə Şeyxülislama dərin təşəkkürlərini bildirdi.

Azərbaycan Prezidentinin salamlarını minnətdarlıqla qəbul edən D. Oks, öz növbəsində, ən səmimi salamlarını Azərbaycanın dövlət başçısına yetirməyi Şeyxülislamdan rica etdi. Azərbaycana səfər dəvətini minnətdarlıqla qəbul edən D. Oks ölkəmizi ziyarət etməyə böyük maraq göstərdiyini qeyd etdi. Kilsənin mərhum Prezidentinin vəfatı ilə bağlı başsağlığı məktubuna görə təşəkkür edən Dallin Oks, həmçinin, özünün yeni Prezident seçilməsi ilə bağlı səmimi təbriklərə görə də minnətdarlığını bildirdi. Xüsusi qeyd etdi ki, Şeyxülislam onu təbrik edən ilk dini lider olmuşdur. Kilsə Prezidenti Dallin Oks Şeyxülislam A. Paşazadənin Kilsənin ümumi konfransında fəxri qonaq qismində iştirakının onlar üçün böyük şərəf olduğunu fəxrlə vurğuladı.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə iştirak etdilər. Cənab R. Həsənov ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif platformalarda, o cümlədən, dinlərarası dialoq və əməkdaşlıq müstəvisində uğurla davam etməsindən məmnunluğunu ifadə etdi. Deputat Cavanşir Paşazadə Azərbaycan Parlamentinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olaraq iki ölkə arasında dinlərarası müstəvidə əlaqələrin yüksək səviyyəsini alqışladığını bildirdi. O, ABŞ-ın iştirakı ilə paraflanmış sülh sazişinin Cənubi Qafqazda sülh, əmin-amanlıq və inkişaf üçün yeni səhifə açdığını, kommunikasiya imkanlarının inkişafı üçün yeni perspektivlər yaratdığını xüsusi qeyd etdi və bununla bağlı ABŞ dövlətinə təşəkkürlərini ifadə etdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri