Icma.az
close
up
RU
Şeyxülislam Allahşükür Paşazadə Qurbanqulu Berdiməhəmmədovla görüşüb FOTOLAR

Şeyxülislam Allahşükür Paşazadə Qurbanqulu Berdiməhəmmədovla görüşüb FOTOLAR

Icma.az bildirir, Sia Az portalına istinadən.

İyulun 16-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. SİA xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə qonağın Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Ümummilli Lider Heydər Əliyevin türkdilli dövlətlər arasında əməkdaşlığa verdiyi xüsusi önəmi xatırladaraq, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Allahşükür Paşazadə Türkmənistanın müstəqillik əldə etdikdən sonra inkişaf yolunu seçdiyini, dövlətin uğurlarını məmnunluqla izlədiyini bildirərək, yaxın vaxtlarda Türkmənistana yenidən səfər etmək və Prezident Sərdar Berdiməhəmmədovla görüşmək arzusunda olduğunu deyib.

Dini sahədə əməkdaşlıq məsələlərinə toxunan Allahşükür Paşazadə Türkmənistanın müftisi ilə əvvəlki görüşünü xatırladıb. O, hər iki ölkənin dövlət başçılarının rəhbərliyi ilə Azərbaycan–Türkmənistan münasibətlərinin, o cümlədən dini-mənəvi sahədə əməkdaşlığın daha da genişləndiyini vurğulayıb.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxışında Prezident İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edib. Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə Türkmənistan arasında mövcud dini və mənəvi bağlılığın xalqlarımızın dostluq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb, bu görüşün əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Görüşdə birgə təşəbbüslərin strateji əhəmiyyət daşıdığı vurğulanıb, dini-mənəvi əməkdaşlığın bu çərçivədə mühüm yer tutduğu və gələcəkdə bu istiqamətdə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Türkmənistan Xalq Məsləhətinin sədri şeyxülislam Allahşükür Paşazadəni Türkmənistanda keçiriləcək məscid açılışı mərasiminə dəvət edib.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Görüşün sonunda qonağın şərəfinə ziyafət verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri