Icma.az
close
up
RU
Səyyad Aranın açıqlamasına REAKSİYA “285 manat yaşayış minimumuna səs verib, indi çıxıb deyir ki...”

Səyyad Aranın açıqlamasına REAKSİYA “285 manat yaşayış minimumuna səs verib, indi çıxıb deyir ki...”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Son günlər gündəmə gələn məsələlərdən biri də əməkhaqqıdır. Deputat Səyyad Aran mediaya müsahibəsində bildirib ki, "beş min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?".

Keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov isə bildirib ki, "Professorların maaşı 1 000 manata yaxındır. Məsələn, mənim aylıq əməkhaqqım 1 370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manat arasında dəyişir. Professorların maaşı min manata yaxındır. Aydındır ki, bu maaşla heç bir alim ailə dolandıra bilməz". 

Maraq doğuran odur ki, əgər həmin maaşla millət vəkili, professorlar dolana bilmirsə, adi bir vətəndaş 220 manat müavinətlə necə dolana bilər? Bu istiqamətdə hansısa tədbirlər nəzərdə tutulurmu?   

Məsələ ilə bağlı millət vəkili Razi Nurullayev "Cebheinfo.az"a bildirib ki, hər zaman Azərbaycanda maaşların və müavinətlərin azlığından narahatdır: 

"Mən bilirəm ki, hökumət də bu məsələdən narahatdır və istəyir ən azından elə bir səviyyəyə çatsın ki, insanların normal yaşayışına bəs edə bilsin. Təəssüflər olsun ki, bu gün nə yaşa görə pensiya, müavinət, hətta 5 uşaqla bağlı “uşaq pulu” həmin ailələrin yaşayışı üçün kifayət etmir. Xüsusən məni ən çox narahat edən müavinət və yaşa görə pensiya alanlardır. 

Onlar çox aşağı məbləğ alırlar. Bütün yaşlı insanlar xəstəxanaya getməli, dərman almalı olurlar. Nəvələrini parka aparmağa, ona bir dondurma almağa ciblərində pul olmalıdır. Bu, ümumiyyətlə, postsovet ölkələrinin problemidir.

Ona görə də hər zaman istəyim bu olub ki, biz müavinətlərin və pensiyaların artırılması ilə bağlı çox ciddi tədbirlər görək. Hər il müəyyən qədər artım olur. Ümumiyyətlə, bu istiqamətdə problemlə bağlı məsələləri qaldırırıq. 

Ümid edək ki, növbəti illərin büdcəsində pensiyaçıların və müavinət alanların aldığı vəsaitdə ciddi artımlar olacaq. Mən bunun üçün əlimdən gələni etməyə hazıram. Prezident də bu istiqamətdə zaman-zaman müəyyəm sərəncamlar imzalayır. Ümid edək, büdcədə elə bir vəsait olacaq ki, bu artımlar yaşayış üçün bəs etsin".

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, deputat Səyyad Aranın fikirlərini oxuyub: 

"Keçmiş təhsil naziri Misir Mərdanovun fikirləri ilə tanış olmamışam. Ancaq prinsipcə, Misir Mərdanov təhsil naziri olanda da belə fikirlər bildirirdi ki, "Bizə bu maaşı təklif etsələr gedib məktəbdə müəllim işləyərikmi?" Bu sualın da cavabı aydındır ki, çox adam getməz. Birincisi, ondan başlayaq ki, SSRİ dövründəki kimi sosialist cəmiyyəti qurmuruq. 

1991-ci ildə Azərbaycan yalnız dövlət müstəqilliyini əldə etmədi. Həmçinin iqtisadi sistemi dəyişdi. Yəni planlı sosialist iqtisadiyyatından biz kapitalist - bazar iqtisadiyyatına keçdik. Bu iqtisadi sistemdə də bərabərsizlikdir. Yəni biz bunu qəbul etdik ki, bəli, bazar iqtisadiyyatına keçmək lazımdır. Kapitalizm odur ki, bəzi insanların pulu çoxdur, avtomobilləri, daşınmaz əmlakları, bank hesabları və s. var. 

Bəziləri isə heç çörək pulu tapmır. Bu aydan o biri aya çox çətinliklə "çıxır". Dövlətin kapitalist cəmiyyətində rolu nə olmalıdır? Maksimal elə etmək lazımdır ki, insanların minimal tələbləri qarşılansın. Sadə dildə desək acından ölməsinlər. Bu nöqteyi-nəzərdən nə qədər pul lazımdır ki, Azərbaycanda insan normal yaşasın?" 

Hazırkı maaşların həcmi və 220 manat müavinət verilməsinə gəldikdə isə, ekspertin fikrincə, bu bir faktdır ki, həmin deputat  Səyyad Aran özü də yaşayış minimumunun lehinə səs verib:

"Yaşayış minimumu odur ki, bu vəsaitlə insan yaşaya bilər. Ancaq yaşaya bilməz axı! Bunu hamı, o cümlədən Səyyad Aran da bilir. Bu cəmiyyətdə əksəriyyət insanların qazancı elə olmalıdır ki, layiqli, insan kimi yaşasın. Səyyad Aranın səs verdiyi yaşayış minimumu bunu təmin etmir. O deyir ki, "Mən avtomobil ala bilmirəm". Hər bir insanın avtomobili olmaya da bilər. Digər ictimai nəqliyyatdan istifadə edə də bilər. Ancaq söhbət ondan gedir ki, ölkədə yaşayış minimumu niyə aşağıdır?

Mən hesab edirənm ki, Azərbaycan kimi cəmiyyətdə yaşayış minimumu azı 700 manat olmalıdır. Yəni insan kimi yaşasın. İl ərzində insan özünə paltar da almalıdır, həkimə də getməlidir. Hər bir kəsin min cür problemi olur. Ancaq məsələ odur ki, həmin Səyyad Aran da iki dəfə aşağı yaşayış minimumunun qəbul edilməsində iştirak edib. Mən qəbul edirəm ki, o, deyir "mən bu maaşla qənaət edə bilmirəm". 

Yaşayış minimumu Azərbaycanda 2025-ci il üzrə 285 manat müəyyən olunub. Bu baxımdan, Səyyad Aranın belə deməyi gülməlidir. Yəni sən ötən il qanuna səs vermisən və demisən ki, "ay xalqım, sənin yaşayıış minimumun bu qədərdir". Ancaq sonra çıxıb deyirsən ki, "Mən 5 min manata avtomobil ala bilmirəm". 

Deyir ki, "xəstəyəm, dərman alıram", buna inanıram. Bu məsələnin bir tərəfiridir. Ancaq buna görə onun belə çıxış etməyə mənəvi haqqı yox idi. Məsələnin digər tərəfi odur ki, Azərbaycanda insan 5, 10 min manat da maaş ala bilər. Hətta dövlət başçısından artıq maaş alanlar var.

Sadəcə, maraqlıdır, onlar gördüyü işə görəmi o pulu alırlar? Bu baxımdan deputatlarımız nə işlə məşğuldur? Son seçkilərdən sonra Səyyad Aran parlamentdə bir qanun layihəsi hazırlayıbmı? Yox. Konstitusiyaya görə, deputatların qanunvericilik təşəbbüsü hüququ var. Qanun layihəsi hazırlamayana, qəbul etməyənə heç o qədər maaş vermək olmaz. İndi qoy Azərbaycan xalqı desin ki, onlara nə qədər maaş vermək lazımdır".  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 May 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see237

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see225

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see172

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see159

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see155

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see149

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see148

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see142

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see139

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see139

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see134

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see124

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri