Shell , TotalEnergies , ExxonMobil şirkətləri ABŞ dən neft ixracını dayandırdı SƏBƏB
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqtonun Braziliyadan idxal olunan məhsullara qarşı 50 faizlik gömrük rüsumları tətbiq etməsi, neft şirkətlərinin bu ölkədən ABŞ-yə neft göndərilməsini dayandırmasına səbəb olub.
Oxu.Az "Reuters"ə istinadla məlumatına görə, bu barədə Braziliyanın Neft və Qaz İnstitutunun rəhbəri Roberto Ardengin bəyan edib.
Onun sözlərinə görə, ixracı dayandıran şirkətlər arasında "Petrobras", "Shell", "TotalEnergies", "ExxonMobil" və "Equinor" yer alır.
Qeyd edək ki, neft Braziliyanın ABŞ-yə ixracında ən böyük paya malik məhsuldur. 2025-ci ilin aprelində ABŞ Braziliyadan idxala 10% rüsum tətbiq edəndə, bu məhsula rüsumlar şamil edilməmişdi. Ola bilsin ki, indi də vəziyyət oxşar şəkildə inkişaf edəcək.
Bundan əvvəl Braziliya Prezidenti Luis İnasiu Lula da Silva bildirmişdi ki, ölkəsi ABŞ-nin mümkün rüsumları səbəbi ilə ciddi narahatlıq keçirməyəcək və alternativ alıcılar tapacaq. Onun sözlərinə görə, Braziliya Çinlə xüsusi münasibətlərə malikdir. Eyni zamanda, da Silva ABŞ və Çin arasında mümkün ticarət münaqişəsində heç bir tərəfi dəstəkləməyəcəyini vurğulayıb.


